Azərbaycan yığması Gürcüstana qalib gəldi
futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan milli komandası Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib.
Futbolpress.az xəbər verir ki, Aqil Nəbiyevin yetirmələri Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. U-17-nin heyətində qələbə qolunu 10-cu dəqiqədə Pünhan Kərimov vurub.
Millimizin start heyəti: 12. Nurəziz Əzizov, 4. Rəşad Gülüşov (k), 15. Uğur Qurbanlı, 20. Kamil Həsənov, 2. İsmayıl Səfərli, 19. Amin Rzayev, 17. Allahverdi Şirinov, 13. Nihad Hüseynzadə, 14. Onur Əliyev, 16. Ramin Abıyev, 11. Pünhan Kərimov.
Qeyd edək ki, millimiz turnir çərçivəsində son matçını aprelin 19-da, Bakı vaxtı ilə saat 12:00-da Estoniya yığmasına qarşı keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 22 İyul 2026 23:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















