Icma.az
close
up
RU
“Azərbaycan yığmasında irəliləyiş var” Deşam

“Azərbaycan yığmasında irəliləyiş var” Deşam

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

DÇ-2026-nın seçmə mərhələsində keçirilən Azərbaycan – Fransa oyunundan (1:3) sonra qonaq komandanın baş məşqçisi Didye Deşam jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi…

– Oyunçular gözləntilərinizi qarşıladı?
– İşimizi gördük və qələbə qazandıq. Azərbaycan yığması aqressiv oynayırdı. İki top fərqi ilə qalib gəldik. Bundan sonrakı oyunlara da hazırıq.

– Akliuşun oyunu haqda nə düşünürsünüz?
– İrəliləyiş var. Daha da yaxşı olacaq. Ondan gözləntilərimiz böyükdür.

– Ekitike və Mateta haqda fikirləriniz nədir?
– Oynayır, qollar vurmağa çalışırdılar. Mateta millidə ikinci qolu vurdu. Gələcəkdə onun üçün daha yaxşı olacaq.

– Oyundan əvvəl ilk 5 dəqiqədə Azərbaycanın qol vuracağını desəydilər, nə düşünərdiz?
–
Heç vaxt bu cür düşünmürəm. Bizim üçün də təəccüblü oldu. Futbol 90 dəqiqədir. Oyunun əvvəlində aqressiv komandayla qarşılaşdıq. Lakin sonra vəziyyəti dəyişdik. Azərbaycan üç gün əvvəl də oynamışdı və onlara çətin bu gün də çətin idi.

– Keffren Türam atası kimi qol vura bilər?
– Gənc və istedadlıdır. Qol vursaydı, statistikası, özünəinamı artardı.

– 30 il əvvəl futbolçu kimi Azərbaycana qarşı oynamışdıq. Müqayisənizdə hansı məqamlara toxunardınız?
– 30 il keçib. Dəqiqliklə xatırlamıram. Bütün komandalara hörmətlə yanaşıram. Bugünkü komandalar üzərlərində çox işləyir. Məsələn, “Qarabağ”ı demək olar, Çempionlar Liqasında xallar qazanırlar. Azərbaycan yığmasında da irəliləyiş var.

– Bakı və Azərbaycan haqda fikirləriniz nədir?
– Bakıda əla zaman keçirdik. Stadion dolu idi. Azarkeşlər möhtəşəm atmosfer yaratmışdı.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 16 Noyabr 2025 23:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri