Icma.az
close
up
RU
Azərbaycan yüksək beynəlxalq reytinqə layiq görülüb

Azərbaycan yüksək beynəlxalq reytinqə layiq görülüb

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Beynəlxalq vergitutma sahəsində xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri vergi orqanları arasında məlumat mübadiləsinin genişləndirilməsi və bu sahədə formalaşmış beynəlxalq standartların tətbiqidir. Azərbaycan 2013-cü ildən “Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum”a üzv olmaqla şəffaflıq və məlumat mübadiləsi üzrə beynəlxalq standartların tətbiqi və qiymətləndirmə prosesində iştirakı öhdəliyini öz üzərinə götürüb.

Modern.az xəbər verir ki, Qlobal Forum tərəfindən indiyədək 2010-2016-cı və 2016-2024-cü illəri əhatə edən qiymətləndirmənin iki mərhələsi həyata keçirilib. Birinci mərhələ çərçivəsində 125 yurisdiksiya əhatə olunub. Azərbaycan Respublikası üzrə qiymətləndirmənin ikinci mərhələsinin 2023-cü ilin sentyabr ayında başlanıldığı elan edilib və bu il həmin mərhələ çərçivəsində qiymətləndirici ekspertlərin ölkəmizə səfəri baş tutub. Ekspertlər səfər çərçivəsində ölkəmizin qanunvericiliyi və təcrübəsi ilə əyani tanış olublar. Qiymətləndirmə Qrupunun (PRG) 48-ci iclasında qiymətləndirmənin ikinci mərhələsi üzrə elan edilmiş nəticələrə əsasən, Azərbaycan Respublikası ən yüksək “compliant” (uyğundur) reytinq balına layiq görülüb. Ölkə reytinqi və müvafiq hesabat noyabrın 21-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının rəsmi internet səhifəsində dərc edilib.

Qlobal Forum tərəfindən ölkələr üzrə 2-ci mərhələ çərçivəsində qiymətləndirmələrə 2016-cı ildən başlanılıb və proses Azərbaycandan başqa ümumilikdə 123 ölkəni əhatə edib. Nəticələrə əsasən, 18 ölkə “Compliant” (standartlara uyğundur), 91 ölkə “Largely compliant” (standartlara əsasən uyğundur), 12 ölkə “Partially compliant” (standartlara qismən uyğundur), 2 ölkə isə “Non-compliant” (standartlara uyğun deyil) reytinqlərinə layiq görülüb.

2019-cu ildən isə ölkələr üzrə qiymətləndirmələr daha dərindən həyata keçirilir və həmin tarixdən indiyədək ən yüksək “Compliant” reytinqini əldə edən 4 ölkədən sonra məhz Azərbaycan Respublikası olub. Qiymətləndirmə prosesi çərçivəsində bir sıra qanunvericilik aktlarının və beynəlxalq müqavilələrin müddəaları, ölkədə hüquqi şəxslərin qeydiyyatı və ləğv olunması prosesləri, vergi orqanlarında qeydiyyat məlumatlarının mövcudluğu və aktuallığı, hüquqi şəxslər tərəfindən vergi bəyannamələrinin verilməsi təcrübəsi təhlil edilib. Bundan başqa, ölkədə mühasibat uçotu və bank sənədlərinin mövcudluğu, saxlanılması qaydaları, həmin məlumatların vergi orqanlarına əlçatanlığı, ölkədə vergi orqanlarının hüquqları və mövcud məlumat mənbələri, vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyinə əməletmə səviyyəsi, Azərbaycan Respublikasının beynəlxalq tərəfdaşlarının sayı, mübadilə olunan məlumatların keyfiyyəti və tamlığı, həmin məlumatın təhlükəsizliyinin qorunması şərtləri də araşdırılıb.

Qlobal Forum çərçivəsində Azərbaycanın ən yüksək reytinqə layiq görülməsi ölkəmizdə şəffaf, beynəlxalq standartlara uyğun və bütün tərəfdaş ölkələrlə səmərəli məlumat mübadiləsinin aparılması imkanını təmin edən müasir vergi sisteminin mövcud olmasından xəbər verir. Bu göstərici ölkəmizə bir sıra üstünlüklər qazandırır, əlverişli investisiya mühitinin və şəffaflığın təminatı fonunda ölkənin beynəlxalq nüfuzunun yüksəlməsi, xarici investisiya axınının stimullaşdırılması, eləcə də iri maliyyə mərkəzlərinin təmsil olunduğu unikal bir Forumda Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Noyabr 2024 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see370

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see359

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see300

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see290

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see288

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see284

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see280

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see265

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see240

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see231

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see227

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see226

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see225

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see222

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see218

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see218

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see216

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see201

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see187

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri