Azərbaycan Yüksək Liqası: “Turan“ Tovuzda “Gəncə“ni sınağa çəkəcək
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinin növbəti oyunu bu gün keçiriləcək.
Moderator.az xəbər verir ki, "Turan" doğma azarkeşləri önündə "Gəncə" ilə üz-üzə gələcək.
Qarşılaşma Tovuz Olimpiya İdman Kompleksində, saat 18:00-da start götürəcək.
İlk görüşdə "Turan" rəqibini 3:0 hesabı ilə üstələyib.
Cütün qalibi finalda "DH Volley"lə münasibətlərə aydınlıq gətirəcək. Məğlub tərəf üçüncü yer uğrunda görüşdə "Milli Aviasiya Akademiyası" ilə qarşılaşacaq.
Qeyd edək ki, reqlamentə əsasən, yarımfinal mərhələsi ev və səfər prinsipi ilə iki oyundan ibarətdir. Nəticəyə əsasən komandaların qələbə sayı bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün "qızıl set" oynanılmalıdır.
Bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar isə cəmi bir oyundan ibarət olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 13 Aprel 2026 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















