Icma.az
close
up
RU
Azərbaycan yüksək riskli əməliyyatlardan uzaqdır POLİTOLOQ

Azərbaycan yüksək riskli əməliyyatlardan uzaqdır POLİTOLOQ

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

 Bakı bərpa mərhələsində iştirak edəcək, ancaq HƏMAS-ın tərksilahı missiyasında yox

BMT Təhlükəsizlik Şurası Qəzzada Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin yerləşdirilməsi ilə bağlı ABŞ-nin qətnaməsini qəbul edib. Təhlükəsizlik Şurasında qətnamənin leyhinə 13 səs verilib, iki üzv bitərəf qalıb. Qətnamənin əleyhinə səs verən olmayıb. Ümumilikdə, BMT Təhlükəsizlik Şurasının Qəzzada Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin yerləşdirilməsi ilə bağlı qətnaməni qəbul etməsi region üçün müsbət hadisədir. Qətnamənin bu qədər yüksək dəstəklə qəbul olunması göstərir ki, böyük dövlətlər Qəzza böhranının öz axarına buraxılmasının artıq mümkün olmadığını qəbul edir və beynəlxalq nəzarətdə keçid dövrünə razılaşırlar. Kağız üzərində baxdıqda, bu qətnamənin sabitlik üçün real təkan yaratması mümkündür. Çünki beynəlxalq mandatın olması həm humanitar yardımın təhlükəsizliyini, həm idarəetmə mexanizminin qurulmasını, həm də İsrailin hərbi aktivliyinin mərhələli şəkildə dəyişdirilməsini tənzimləyə bilər.

Politoloq Turan Rzayev isə Sherg.az-a açıqlamasında deyib ki, bu cür missiyaların effektivliyi yalnız diplomatik razılıqla ölçülmür. Ekspertin fikrincə, qətnamənin uğuru bölgədəki aktorların reaksiyasından da asılı olacaq:

"İsrail təhlükəsizlik zəmanətlərinin reallığına inanmadan tam geri çəkilməyə razılıq verməz. Eyni zamanda əraziyə göndəriləcək beynəlxalq sülhməramlı qüvvələrin hansı ölkələrdən ibarət olması da çox mühüm amildir. Məsələn, missiyaya əsasən müsəlman, regionla əlaqələri olan və ABŞ-nin koordinatorluğu ilə danışıqlara qatılan ölkələrin daxil olması gözlənilir. İndoneziya, Azərbaycan və Pakistanın adı bir müddətdir ki, xüsusilə çəkilir. Bu üçlük siyasi baxımdan tərəflər arasında neytral mövqedə durur. Fransa kimi Qərb ölkələrinin isə daha kiçik, daha çox texniki təhlükəsizlik və koordinasiya heyəti göndərməsi ehtimal edilir. Bəzi regional güclər - Türkiyə, BƏƏ və Qətərin danışıqlarda adları keçsə də, müxtəlif siyasi səbəblərə görə onlarla bağlı ya tərəddüd edilir, ya da iştirakları etirazla qarşılanır. Buna görə də Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin formalaşması ehtimal ki, “böyük qrup” deyil, məhdud sayda, daha çox əməliyyat baxımından uyumlu ölkələrdən ibarət olacaq. Yəni ümumiləşdirsək, əsas yükü müsəlman ölkələri daşıyacaq. Qərb isə logistika, koordinasiya və mandatın icrası üçün çərçivə dəstəyi verəcək. Lakin bu da məsələnin tam bitdiyi mənasına gəlmir".

Analitik bildirib ki, Azərbaycanın adı hər nə qədər Qəzzaya əsgər göndərəcək ölkələr sırasında çəkilsə də, Bakı bu məsələ ilə bağlı hələ rəsmi açıqlama verməyib:

""İsrail Hayom" qəzeti məlumat yayıb ki, bir neçə həftə əvvəl Qəzzada Beynəlxalq Sabitlik Qüvvəsinə qoşulmağı nəzərdən keçirən Azərbaycan, Qəzzada əsgərlərinin həyatını təhlükəyə atmayacağını bildirib. Rəsmi məlumat olmasa da, Bakının hazırkı mərhələdə ağır hərbi əməliyyatlara və ya HƏMAS-ın tərksilahı kimi yüksək riskli tapşırıqlara qoşulmaq istəməməsi həm açıqdır, həm də başadüşüləndir. Daha dəqiq desək, rəsmi Bakı bunun əvəzində sabitlik mərhələsi, humanitar təhlükəsizlik və bərpa proseslərində iştirak imkanını açıq saxlayır. Bu yanaşma həm Azərbaycanın təhlükəsizlik prioritetlərinə, həm siyasi balansına, həm də regiondakı mövqelərinə uyğundur. Azərbaycanın bu kimi məsələyə yanaşması adətən iki paralel məntiqə söykənir. Ölkəmiz heç vaxt öz hərbi personalını yüksək riskli, müxtəlif qrupların silahlı müqavimət göstərə biləcəyi zonaya daxil etməyə tələsmir. Qəzzada hələ də tam demilitarizasiya aparılmayıb, silahlı qruplar mövcuddur və mandatın özünün icrası da xüsusi risklər yaradır. Buna görə Bakı “bərpa mərhələsi”ndə iştirak ideyasını daha təhlükəsiz və daha real hesab edir. Digər yandan, Azərbaycanın İsrail-Fələstin kimi məsələlərdə özünəməxsus balans siyasəti var. Məsələn, İsraillə strateji tərəfdaşlıq açıq faktordur, amma eyni zamanda Azərbaycan müsəlman bir ölkə olaraq ərəb dünyası və İslam əməkdaşlıq çərçivələrində də münasibətlərini qorumağa çalışır. Buna görə hərbi kontingenti birbaşa HƏMAS-a qarşı hərəkət edən beynəlxalq qüvvəyə daxil etmək Bakını siyasi baxımdan çətin situasiyaya sala bilər. Məsələyə İsrail prizmasından baxdıqda, Təl-Əvivin Azərbaycanın sülhməramlı qüvvələrinin bölgədə yerləşməsini dəstəklədiyini görmək olar. Əslində, bu da təəccüblü deyil. İsrail üçün Azərbaycan təcrübəli, intizamlı və müttəfiq hesab edilən tərəfdaşdır. Bakı isə öz növbəsində İslam dünyasında neytral mövqeyi ilə seçilən bir aktordur. Bu da bölgəyə hərbi qüvvə göndərən zaman mümkün etirazları yumşalda bilər. Yəni İsrail üçün Azərbaycanın iştirakı həm əməliyyat baxımından faydalı, həm də diplomatik baxımdan əlverişlidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Noyabr 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri