Azərbaycan yumurta ixracını bərpa etdi KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
Bu ilin əvvəlindən ölkədə müvəqqəti dayandırılan yumurta ixracı aprelin 10-dan etibarən yenidən bərpa olunub.
KONRKET.az xəbər verir ki, bu barədə Pravda.az-a “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli məlumat verib.
Onun sözlərinə görə, hazırda anbarlarda kifayət qədər yumurta ehtiyatı mövcuddur və istehsal prosesi də sabit şəkildə davam edir.
M. Həsənli bildirib ki, yumurta ixracı əsasən Yaxın Şərq ölkələrinə yönəlib: “10 aprel tarixindən etibarən yumurta ixracını yenidən başlamışıq. Hazırda əsasən Birləşmiş Ərəb Əmirlikləri, İraq və Səudiyyə Ərəbistanına ixrac həyata keçirilir. Bəzən Əfqanıstana da məhsul göndəririk. İstehsal həcmi artdıqca ABŞ və digər ölkələrə də ixrac etməyi planlaşdırırıq”.
Baxış sayı:111
Bu xəbər 27 Aprel 2026 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















