Icma.az
close
up
RU
Azərbaycan Zəngəzur dəhlizi ilə tranzitdən əhəmiyyətli gəlir əldə edəcək FOTO

Azərbaycan Zəngəzur dəhlizi ilə tranzitdən əhəmiyyətli gəlir əldə edəcək FOTO

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin görüşündə əldə olunan razılaşmalar rəsmi Bakının regional ticarət də daxil olmaqla mövqeyini gücləndirir, həmçinin Türkiyə ilə Azərbaycan arasında müttəfiqliyi gücləndirir. Avtosfer.az xəbər verir ki, bu fikri “Sabah” qəzetində Türkiyənin Uludağ Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin professoru Mehmet Yüce söyləyib. Onun sözlərinə görə, Ağ evdə səslənən bəyanatlar Azərbaycanın regional logistika və enerji qovşağı kimi potensialını üzə çıxarmağa imkan verir. “Azərbaycan Zəngəzur dəhlizi ilə tranzitdən əhəmiyyətli gəlir əldə etməyə başlayacaq. Eyni zamanda, Azərbaycan iqtisadiyyatına, o cümlədən respublikanın işğaldan azad edilmiş ərazilərinə sərmayə qoyuluşu üçün yeni imkanlar açılacaq”, -deyə türkiyəli ekspert yazıb. O, Azərbaycanın qeyri-neft sektorunu "Qərb investisiyalarının cəlb edilməsi üçün ciddi sahə" adlandırıb.
Ekspert əlavə edib: “Zəngəzur dəhlizi təkcə Azərbaycanın deyil, bütün regionun, o cümlədən Ermənistanın iqtisadiyyatı üçün təkan olacaq. Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya Cənubi Qafqazda qüvvələr balansını kökündən dəyişəcək”.
M.Yüce avqustun 8-də Qərbin Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin nəticələrini rəsmən tanıdığını vurğulayıb.
Vaşinqton görüşünün Türkiyə üçün nəticələrinə toxunan Uludağ Universitetinin professoru Zəngəzur dəhlizinin açılmasının Ankaranın mövqeyinə heç bir mənfi təsir etməyəcəyinə diqqət çəkib. “Əksinə, Türkiyə mövqelərini gücləndirərək Orta Asiyanın türk ölkələrinə çıxış əldə edir”, -deyə o qeyd edib.
Professor Zəngəzur dəhlizinin açılmasını istəməyən qüvvələrin İrəvana və Bakıya təzyiqləri ilə bağlı riskləri də diqqətə çatdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 16 Avqust 2025 22:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see164

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see145

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see144

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see134

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see134

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri