Icma.az
close
up
RU
Azərbaycana borclu olanlar, borclu olduğumuz ölkələr aradakı fərq

Azərbaycana borclu olanlar, borclu olduğumuz ölkələr aradakı fərq

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İqtisadçı: “Digər ölkələrlə müqayisədə daxili və xarici borcumuz kifayət qədər qənaətbəxşdir”

Gürcüstan uzun illər boyu Rusiya, Azərbaycan və Ermənistana olan borcunu tam ödəyib. Bu barədə TASS Gürcüstanın Maliyyə Nazirliyinə istinadən məlumat yayıb. Məlumata görə, Gürcüstanın ümumi dövlət borcu 1,56 milyard dollar olub, bunun da 156,9 milyon dolları Rusiyanın payına düşüb. Qeyd olunur ki, Gürcüstanın Azərbaycan və Ermənistana olan borcunun məbləği son vaxtlar təxminən bərabər və 1 milyon dollardan az olub.

İqtisadçı Eldəniz Əmirov mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, hazırda Azərbaycanın daxili borcu xarici borcundan iki dəfə çoxdur. Konkret xarici dövlət borcuna diqqət çəkən iqtisadçı qeyd etdi ki, bu məbləğ 5 milyard 75 milyon ABŞ dollarıdır ki, bu da ÜDM-in 6,6 faizinə bərabərdir: “Bu məbləğin 49,9 faizi qısamüddətli borclardır. Orta müddətli borclar isə 5 ildən 10 ilə qədərdir. Bu da 44 faiz təşkil edir. Daha dəqiq desək, 49,2 faiz, 5,9 faiz isə müddəti 10 ildən çox olan borclardır. Burada müxtəlif beynəlxalq maliyyə təsisatları - Asiya İnkişaf Bankı 35 faiz, Dünya Bankı 15 faiz və digər kredit təşkilatlarının payı da var. Təxminən yarısı dəyişən faizlə, digəri isə sabit faizlə. Daxili borcumuz isə ÜDM-in 13,8 faizi -10,5 milyard ABŞ dolları həcmindədir.

Eldəniz Əmirov

Hazırkı vəziyyəti təhlil etsək, hesab edirəm ki, digər ölkələrin göstəriciləri ilə müqayisədə Azərbaycanın həm daxili, həm də xarici borcu kifayət qədər qənaətbəxşdir. Bu və növbəti illərdə dövlətin borclanmasının artacağını düşünürəm, çünki strateji olaraq ÜDM-in 30 faizə çatdırılması riskli deyil. Bu baxımdan büdcə kəsirinin maliyyələşdirilməsi üçün borclanmanın artırılacağı gözlənilir".

Qeyd edək ki, Maliyyə Nazirliyinin bu günlərdə açıqladığı məlumatda bildirilib ki, Azərbaycan hökuməti 2025-ci ilin yekununda dövlət borcunun 25 milyard 404,1 milyon manat, 2026-cı ilin yekununda isə 27 milyard 51,7 milyon manat təşkil edəcəyini proqnozlaşdırır. 2026-cı ildə Azərbaycanda dövlət borcuna və öhdəliklərinə xidmət xərclərinin 2 milyard 457,6 milyon manat olması nəzərdə tutulur. Bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2,4% çoxdur. Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 423 milyon manat, xərclərinin isə 41 milyard 548,6 milyon manat olacağı gözlənilir.

O ki qaldı dövlət büdcəsinin gəlir və xərclərinə, 2026-cı ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 38 milyard 423 milyon manat, xərclərinin isə 41 milyard 548,6 milyon manat olacağı gözlənilir. Bunlar 2025-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 0,2% və 0,3% çoxdur.

Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilib ki, Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləğinin 2029-cu ilin sonunda isə 32 milyard manat səviyyəsinə çatacağı gözlənilir. Bu da o deməkdir ki, qarşıdakı 4 ildə Azərbaycanın dövlət borcu 6,6 milyard manat arta bilər. Azərbaycan Prezidentinin 30 dekabr 2022-ci il tarixli 3702 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022-2025-ci illər üzrə yenilənməsi çərçivəsi” ilə müəyyən edilən hədəflərə Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2023-cü il tarixli 4021 nömrəli Sərəncamı ilə dəyişikliklər edilərək 2025-ci ilin sonunadək dövlət borcunun ümumi daxili məhsula (ÜDM-ə) nisbətinin yuxarı həddinin 30 faizdən aşağı səviyyədə saxlanılması, bu zaman xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi kimi hədəflər müəyyən edilib.

Qeyd edilib ki, 2025-ci il 1 iyul tarixinə dövlət borcunun həmin tarixə 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-ə nisbəti 19,6 faiz təşkil edib ki, bu da büdcə qaydasının ortamüddətli dövr üzrə dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin hədəflənən yuxarı hədd göstəricisindən 10,4 faiz bənd az olub. Bununla da Strategiyada nəzərdə tutulan dövlət borcunun ÜDM-ə nisbətinin 30 faizlik yuxarı həddi gözlənilib. Vurğulanıb ki, 2025-ci il ərzində Prezident tərəfindən müəyyən olunmuş bir sıra prioritet sahələr, o cümlədən, nəqliyyat sektoru, su təchizatı, məşğulluq və sosial müdafiənin gücləndirilməsi üzrə layihələrin maliyyələşdirilməsi üçün beynəlxalq 11 maliyyə institutlarından xarici borcun cəlb edilməsi məqsədilə müvafiq prosedurlara başlanılıb və qeyd olunan bir sıra prioritet sahələr üzrə layihələrin maliyyələşdirilməsi məqsədilə beynəlxalq maliyyə institutları ilə kredit müqavilələri imzalanaraq təsdiq edilib.

Növbəti dövr ərzində də beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq çərçivəsində prioritet layihələrin maliyyələşdirilməsi üçün kredit vəsaitlərinin cəlb edilməsi nəzərdə tutulur. 2025-ci ilin sonuna Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləğinin 25,4 milyard manat səviyyəsinə və ya proqnozlaşdırılan ÜDM-in 19,6 faizinə çatacağı gözlənilir.

Ortamüddətli (2026-2029-cu illər) dövrün sonuna Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləğinin 32 milyard manat səviyyəsinə çatacağı və 2029-cu il üzrə proqnozlaşdırılan ÜDM-in 19,8 faiz səviyyəsində olacağı gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 Sentyabr 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see274

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see231

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see217

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see196

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see193

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see179

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see155

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see147

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see143

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see141

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see140

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see140

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri