Azərbaycana bu il 2 milyondan çox xarici vətəndaş səfər edib
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 2 milyon 209 min 720 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib.
Bizim.Media bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28 % çoxdur.
Təkcə oktyabrda isə ölkəyə 226 359 nəfər xarici və vətəndaşlığı olmayan şəxs gəlib. Bu da 1 il əvvələ nisbətən 21 % çoxdur.
Hesabat dövründə Azərbaycana ən çox turist 630 327 nəfər olmaqla Rusiyadan gəlib. 2-ci yerdə Türkiyə (357 615 nəfər), 3-cü yerdə isə Hindistan (201 382 nəfər) qərarlaşıb.
Bu dövrdə İrandan 176,9 min, Gürcüstandan 90,8 min, Səudiyyə Ərəbistandan 89,1 min, Qazaxıstandan 73,5 min, Pakistandan 66,3 min, Çindən 38,2 min, Özbəkistandan 37,5 min, Birləşmiş Ərəb Əmirliklərindən 35,2 min, Ukraynadan 30,4 min, Küveytdən 28,4 min, Türkmənistandan 27,2 min, İsraildən 25,6 min turist gəlib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 05 Noyabr 2024 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















