Icma.az
close
up
RU
Azərbaycana dil uzadan Putinin köməkçisi əslində KİMDİR...

Azərbaycana dil uzadan Putinin köməkçisi əslində KİMDİR...

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qalmaqallı açıqlama verib. “Russia Today” kanalına müsahibəsində o, Qarabağı “mübahisəli ərazi” kimi təqdim edib və bu bölgəni Ukraynadakı müharibə ilə müqayisə etməyə çalışıb. Rəsmi Bakı Medinskinin çıxışına dərhal və sərt reaksiya verib.

Modern.az-ın məlumatına görə, Medinski Putin Rusiyasının əsas ideoloqlarından biri kimi tanınır.

O, 1970-ci il iyulun 18-də Ukraynanın Smila şəhərində anadan olub. Ailəsi Rusiya hərbi dairəsinə bağlı olduğundan uşaq yaşlarında Moskva vilayətinə köçüb. Təhsilini Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MGIMO) başa vurub. Xarici siyasət, informasiya və tarix sahələrində ixtisaslaşan Medinski daha sonra elmi fəaliyyətini davam etdirib.

Medinski 1997-ci ildə siyasi elmlər namizədi, 2000-ci ildə isə tarix üzrə elmlər doktoru elmi dərəcələri alıb. Lakin onun elmi dissertasiyaları zaman-zaman plagiat ittihamları ilə gündəmə gəlib. Müstəqil tədqiqat qrupu olan “Dissernet” Medinskinin elmi işində onlarla səhifənin başqa mənbələrdən kopyalandığını açıqlayıb. Bu faktlar ictimaiyyət və alimlər arasında ciddi narahatlıq doğursa da, Medinskinin elmi dərəcələri ləğv edilməyib.

Siyasi karyerasına 2000-ci illərin əvvəllərində başlayan Medinski “Vahid Rusiya” partiyası sıralarında Dövlət Dumasına deputat seçilib. O, parlamentdə əsasən informasiya siyasəti və mədəniyyət sahələrində fəaliyyət göstərib. 2012-ci ildə Rusiya Federasiyasının mədəniyyət naziri vəzifəsinə təyin olunub və 2020-ci ilə qədər bu postu tutub.

Nazir olduğu müddətdə o, Rusiya tarixinin “patriotik şərhi” üzərində xüsusi təkid göstərib. Tarix dərsliklərində Stalin dövrünə və sovet keçmişinə yenidən baxılması təşəbbüsləri irəli sürüb. Eyni zamanda, Sovet İttifaqının İkinci Dünya Müharibəsindəki rolunu ideallaşdıran tədbirlərə dəstək verib. Bu yanaşma, bir sıra liberal və beynəlxalq dairələr tərəfindən “tarixin siyasiləşdirilməsi” kimi qiymətləndirilib.

2020-ci ildə Prezident Vladimir Putinin köməkçisi vəzifəsinə gətirilən Medinski hazırda Kremlin mədəniyyət, tarix və humanitar siyasətini formalaşdıran əsas şəxslərdən biridir. Eyni zamanda, o, Rusiya Tarixi Cəmiyyətinin sədri və “Rusiya Hərbi-Tarix Cəmiyyəti”nin fəal üzvüdür.

2022-ci ilin əvvəlində Rusiya-Ukrayna müharibəsinin ilk günlərində Medinski Rusiya tərəfdən Ukrayna ilə aparılan danışıqlara rəhbərlik edib. Bu onun Kreml daxilində nüfuzunun artdığını göstərən addımlardan biri kimi qiymətləndirilib.

Medinski Rusiya mediasında və xüsusən də təbliğat yönümlü platformalarda tez-tez çıxış edir. O, Rusiyanın “ənənəvi dəyərlər”, “tarixi yaddaşın qorunması” və “qərb təbliğatına qarşı informasiya müqaviməti” konseptlərinin başlıca simalarından biri hesab olunur.

Keçmiş nazirin təşəbbüsü ilə yüzlərlə film və sənədli layihə dövlət vəsaiti hesabına maliyyələşdirilib. Bu layihələrin əksəriyyətində Qərb mənfi obrazlarla təqdim olunur, Rusiya ordusu və liderləri isə qəhrəmanlaşdırılır. Ekspertlərə görə, bu filmlər gənc nəslin ideoloji formalaşdırılmasına xidmət edir.

Medinskinin siyasi ritorikasında “daxili düşmən” anlayışı xüsusi yer tutur. O, mütəmadi olaraq liberal fikirli ziyalıları və Qərblə əməkdaşlığı müdafiə edən şəxsləri “ideoloji sabotajçılar” adlandırır.

Müşahidəçilər hesab edir ki, Medinski hazırda təkcə Putinin köməkçisi yox, həm də Kremlin rəsmi ideoloqlarından biridir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 İyun 2025 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri