Icma.az
close
up
RU
Azərbaycana ən çox bu ölkələrdən turist gəlir STATİSTİKA

Azərbaycana ən çox bu ölkələrdən turist gəlir STATİSTİKA

Icma.az, Sfera.az saytına istinadən bildirir.

“2025-ci ilin ilk rübündə hotel və mehmanxana tipli obyektlərdə turistlərin keçirdiyi gecələmələrin sayı 484.9 min olub. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11.9 faiz çoxdur. Turistlərin üstünlük verdiyi hotellərin 77,5 faizi Bakıda, 12,7 faizi Qusarda, 3,5 faizi Naftalanda, 2,7 faizi Qəbələdə, 1,8 faizi Qubada, 0,4 faizi Şamaxıda, 1,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb. Göründüyü kimi, yenə də xaricilər əsasən Bakıya üstünlük verirlər”. 
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, ölkəyə gələn hər 100 turistin 77-i paytaxtdan kənara səfər etmir:
“Əslində bu data həm də regionlarda turizmin strateji inkişafı istiqamətləri baxımdan da siqnallar verir. Belə ki, xaricilərin ikinci ən çox üstünlük verdiyi yaşayış məntəqəsi Qusar rayonudur. Bu da birbaşa həmin bölgəmizdə qış turizminin inkişafı ilə bağlıdır. 
 

Xaricilər üçün ilk üçlüyü Naftalan tamamlayır. Bu də həmin şəhərimizdə sağlamlıq turizminin təmərkəzlüşməsi ilə bağlıdır.


Deməli, regionlarda ənənəvi mövsümi turizm ilə yanaşı və əslində daha çox yeni turizm məhsullarına ehtiyac var. Turistlər üçün cəlbedici olan qış, sağlamlıq turizm ilə yanaşı, tarixi, dini və mədəni turizmin də inkişafı vacibdir.


Bütün bunlar ilə yanaşı, bölgələrimiz xarici tursit cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar. Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu normal qarşılana bilsə də regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır.

Bu ilin birinci rübü ilə bağlı digər diqqəti çəkən statistika gecələmələrin ümumi sayında ölkə strukturunun dəyişdirilməsidir.

Belə ki, gecələmələrin ümumi sayının 21,8 faizi Hindistan, 14,3 faizi Rusiya, 8,8 faizi Türkiyə, 6,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 4,7 faizi Səudiyyə Ərəbistanı, 3,3 faizi ABŞ, 3,1 faizi İsrail, 3,0 faizi Küveyt, 2,7 faizi Pakistan, 2,4 faizi Çin, 2,4 faizi Qazaxıstan, 1,9 faizi Böyük Britaniya, 1,4 faizi Özbəkistan, 0,9 faizi Almaniya, 0,8 faizi Bəhreyn, 0,8 faizi İran, 0,8 faizi İtaliya, 0,7 faizi Gürcüstan, 19,9 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb. Hindistanlı turistlər ümumi gecələmlərin hər beşindən birini formalaşdırıblar”

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://sfera.az
archiveBu xəbər 02 May 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri