Azərbaycana ən çox investisiya yatırımı edən ölkələr
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu ilin ilk 9 ayında xarici maliyyə mənbələrindən əsas kapitala 2.1 mlrd. manat investisiya yatırılıb.
Bu barədə Milli.Az Mərkəzi Bankın "Pul siyasəti icmalı"na istinadən xəbər verir.
Bildirilib ki, dövr ərzində xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitin 95.9%-i Birləşmiş Krallıq, ABŞ, İsveçrə, Türkiyə, Yaponiya, Rusiya, Norveç, İran, Hindistan, BƏƏ, Qırğızıstan və Fransa sərmayədarlarına məxsus olub:
"2024-cü ilin 9 ayı ərzində ölkədə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala investisiya axınları davam etmişdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, xarici maliyyə mənbələrindən əsas kapitala 2.1 mlrd. manat investisiya qoyulub. Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiya ümumi investisiyanın dəyərinin 16.8%-ni təşkil etmişdir.
İnvestisiya cəlb edilmiş ölkələrin siyahısı Azərbaycan iqtisadiyyatına həm ənənəvi ticarət tərəfdaşları, həm də qlobal arenada müxtəlif regionlardan olan sərmayədarların marağının yüksək olduğunu göstərir. Bu isə Azərbaycan iqtisadiyyatının qlobal iqtisadiyyata inteqrasiyasının dərinləşdiyini göstərir", - məlumatda qeyd olunub.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 03 Dekabr 2024 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















