Icma.az
close
up
RU
Azərbaycana gələn avropalı turistlərin sayı 7.3% artıb

Azərbaycana gələn avropalı turistlərin sayı 7.3% artıb

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci ilin yanvar ayında Azərbaycan Respublikasına dünyanın 152 ölkəsindən 172,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə “APA-Econmics”ə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd edilib ki, gələnlərin 24,0 faizi Rusiya Federasiyası, 18,3 faizi Türkiyə, 9,9 faizi Hindistan, 8,7 faizi İran, 5,0 faizi Gürcüstan, 3,6 faizi Səudiyyə Ərəbistanı, hər birindən 3,2 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstan, 3,1 faizi Pakistan, 2,2 faizi Küveyt, hər birindən 1,7 faiz olmaqla Türkmənistan və Özbəkistan, 1,5 faizi Çin, 1,4 faizi Ukrayna, 1,2 faizi İsrail, 1,1 faizi Oman, 10,2 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 71,9 faizini kişilər, 28,1 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 3,9 dəfə, Çindən - 2,2 dəfə, Tacikistandan - 2,1 dəfə, İspaniyadan - 1,9 dəfə, Hindistandan - 1,7 dəfə, İordaniyadan - 1,7 dəfə, Misirdən - 42,9 faiz, Niderlanddan - 30,4 faiz, Qırğızıstandan - 27,2 faiz, Pakistandan - 25,6 faiz, ABŞ-dan - 23,7 faiz, Yəməndən - 21,5 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 20,4 faiz, Türkmənistandan - 16,7 faiz, Qazaxıstandan - 15,5 faiz, Fransadan - 13,9 faiz, İtaliyadan - 11,7 faiz artıb.

2024-cü ilin yanvar ayı ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,3 faiz artaraq 5,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 5,4 faiz azalaraq 33,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,8 faiz azalaraq 58,4 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 17,3 faiz artaraq 75,9 min nəfər təşkil edib.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,5 faizi hava, 26,4 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://apa.az
archiveBu xəbər 25 Fevral 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri