Icma.az
close
up
RU
Azərbaycana gələn iranlı TIR sürücüsü qarət olundu

Azərbaycana gələn iranlı TIR sürücüsü qarət olundu

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycana gələn İran vətəndaşı qarət olunub.

"Cebheinfo.az" xəbər verir ki, hadisə Ələt-Astara magistral avtomobil yolunun 164-cü kilometrliyində, yolun Lənkəran rayonu Girdəni kəndindən keçən hissəsində baş verib.

Rayonun İstisu qəsəbə sakini, 1973-cü il təvəllüdlü Arifə Məmmədova (soyadı şərtidir) evində spirtli içki qəbul edərək həmin ərazidəki körpünün yaxınlığında dayanıb. O, həmin vaxt Bakı istiqamətində hərəkətdə olan "Scania" markalı 98-AA-713 dövlət nömrə nişanlı TIR yük avtomobilini saxlatdırıb, sürücüdən onu da sərnişin kimi götürməsini xahiş edib. İran vətəndaşı olan sürücü Banu Fərəh Babak qadını maşına götürüb yoluna davam edib.

Yolda sürücü avtomobildən düşüb, yolun kənarında onu gözləyən şəxslə söhbət edib. Fürsətdən istifadə edən Arifə maşında olan pulqabını açıb, onun içərisində olan 900 ABŞ dolları (1 530 manat) götürərək, pulqabını yerinə qoyub. Təxminən 10-15 kilometrdən sonra Arifə sürücüdən maşını saxlamağı xahiş edib və o, avtomobildən düşüb. Bu vaxt sürücü pulqabının yerinin dəyişməsindən şübhələnib və onun içərisinə baxanda pullarının oğurlandığını görüb.

Sürücü qadını çağıraraq ondan pulları tələb edib. Qadın sürücünün şübhələndiyini hiss edərək götürdüyü pulları yolun kənarındakı qum topasının içərisində gizlədərək sürücünün yanına gəlib və ciblərini göstərərək, pulu götürmədiyini bildirib. O, daha sonra sürücünü şərləməyə başlayıb. Qadın Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vuraraq, İran vətəndaşı olan sürücünün ona böhtan atdığını bildirib. Qadın, həmçinin sürücünün narkotik vasitə daşıdığını deyərək polisə yalan məlumat verib.

Hadisə yerinə polis əməkdaşları gəliblər. Sürücü hadisə barədə polisə məlumat verib. Polis əməkdaşlarının araşdırmaları zamanı qadının pul oğurladığı üzə çıxıb və o saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, iş məhkəməyə göndərilib. Lənkəran Rayon Məhkəməsinin hökmü ilə A.Məmmədovaya bir il azadlığın məhdudlaşdırılması cəzası verilib və ona elektron nəzarət qolbağı tətbiq olunub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Yanvar 2026 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see186

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see181

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see151

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see138

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see136

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see130

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri