Azərbaycana gələn sel Xəzərin suyunu nə qədər artıracaq? AÇIQLAMA
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
"Azərbaycan ərazisində olan sellər Xəzər dənizi üçün çox təsirli deyil. Kür çayından Xəzərə il ərzində təxminın 10 kub kilometr su gəlir. Bu da o deməkdir ki, Xəzərin su səviyyəsinin illik dəyişməsində Kür çayının rolu çox azdır".
Yenisabah.az xəbər verir ki, bunu BAKU.WS-ə açıqlamasında Elm və Təhsil Nazirliyinin Həsən Əliyev adına Coğrafiya İnstitunun Xəzər Dənizi şöbəsinin müdiri professor Əmir Əliyev deyib.
Onun sözlərinə görə, nə qədər yağış yağsa və sel gəlsə belə Xəzərin su səviyyəsi ciddi dərəcədə yüksəlməyəcək:
"Xəzərdə suyun səviyyəsi təqribən 1 santimetr qalxsa bu 15 kub kilometr su edir. Daşqınların əvvəlki illərə nisbətən çox artması iqlim dəyişmələri ilə əlaqədardır. Bundan başqa daşqınların su səviyyəsinin illik dəyişmələrinə ciddi təsiri yoxdur, aylıq göstəricilərə qismən təsir edə bilər".
"Statistikaya baxsaq görərik ki, 1930-cu illərdə də qlobal istiləşmə olub və həmin dövrdə də katastrafik təbiət hadisələrinin sayı çox olub", - deyə ekspert vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 30 Aprel 2025 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















