Icma.az
close
up
RU
Azərbaycana gəlmək istəyən İraq vətəndaşları çətinliklə üzləşir?

Azərbaycana gəlmək istəyən İraq vətəndaşları çətinliklə üzləşir?

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son günlərdə bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasına turizm məqsədilə səfər etmək istəyən İraq Respublikası vətəndaşlarının çətinliklərlə üzləşdiyi barədə bəzi iddialar yayılıb. Bu iddiaların heç bir əsası yoxdur və həqiqəti əks etdirməyən bu kimi məlumatların yayılması yanlışdır.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın İraqdakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, İraq Respublikasında viza müraciətlərinin qəbulu və emalı prosesinin sürətləndirilməsi, ölkəmizə turizm məqsədilə səfər etmək istəyən İraq Respublikası vətəndaşlarına daha keyfiyyətli xidmətin göstərilməsi, viza rəsmiləşdirilməsi məqsədilə saxta sənədlərlə müraciət edən şəxslərlə mübarizənin gücləndirilməsi məqsədilə Xarici İşlər Nazirliyi ilə müvafiq sahə üzrə ən irimiqyaslı beynəlxalq şirkət olan “VFS Global” arasında Anlaşma Memorandumu imzalanıb.

"Bu memoranduma uyğun olaraq, İraq Respublikası vətəndaşlarının, o cümlədən bu ölkədəki digər əcnəbi və vətəndaşlığı olmayan şəxslərin turizm məqsədli viza müraciətlərinin qəbul edilməsi 10 iyul 2024-cü il tarixindən etibarən “VFS Global” şirkətinin Bağdad şəhərindəki ofisinin “Azərbaycan Viza Müraciətləri Mərkəzi” tərəfindən təşkil olunur. Ölkəmizə səfər etmək istəyən hər bir İraq Respublikası vətəndaşı viza rəsmiləşdirilməsi barədə zəruri məlumat əldə etmək məqsədilə, Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyi üçün fəaliyyət göstərən sözügedən “Viza Mərkəzi”nə müraciət edə bilər.

Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyi və “VFS Global” şirkətinin Bağdad şəhərindəki ofisinin “Azərbaycan Viza Müraciətləri Mərkəzi” tərəfindən İraq Respublikası vətəndaşlarının viza müraciətləri ilə bağlı sənədlərin qəbulu, icraatı və təhvil verilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Mərkəz çərçivəsində bütün xidmətlər Anlaşma Memorandumunda müəyyən edilmiş vahid xidmət haqqları əsasında təşkil olunur.

Mərkəzin fəaliyyətinə Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyi və “VFS Global” şirkətinin baş ofisi tərəfindən ciddi nəzarət edilir, həmin mərkəzin fəaliyyəti üzrə mütəmadi əsasda monitorinq aparılır.

Bununla yanaşı, müvafiq sahə üzrə şəffaflığın təmin edilməsi məqsədilə İraq Respublikasında mənfi reputasiyaya malik turizm şirkətlərindən sənədlərin qəbul edilməsi qadağan olunub.

Aparılmış sözügedən tədbirlər nəticəsində ölkəmizə turizm məqsədilə səfər etmiş İraq Respublikası vətəndaşlarının sayında ciddi artım müşahidə olunmaqdadır. Belə ki, 2025-ci ilin ilk 3 ayı ərzində Azərbaycan ilə İraq arasında birbaşa uçuşların olmadığına və bu ilin iyun ayında İraq Respublikasının hava məkanının bağlı olmasına baxmayaraq, 2025-ci ilin 27 oktyabr tarixinədək Səfirlik tərəfindən 5904 müraciət qəbul edilib. Bunlardan 5650 viza rəsmiləşdirilib (2024-cü il ərzində 4800 viza müraciəti qəbul edilib).

Mətbuat vasitəsilə şikayət edən şirkətlər tərəfindən nə ölkəmizin İraqdakı Səfirliyinə, nə də “Viza Mərkəzinə” hər hansı müraciət təqdim edilməyib. Şikayətdə adı hallanan “Alkaither” şirkəti Azərbaycan kütləvi informasiya vasitələrində onun adından yayılan müraciətin saxta olduğunu bildirərək, Azərbaycan Respublikasına səfər etmək istəyən İraq Respublikası vətəndaşlarının viza müraciətləri ilə bağlı hər hansı çətinliyin müşahidə olunmadığı barədə məlumat verib.

Müvafiq sahə üzrə daxil olan bütün müraciətlər, o cümlədən şikayətlər Xarici İşlər Nazirliyi və Səfirlik tərəfindən ciddi yoxlanılır və yoxlama nəticəsində müvafiq nöqsanlar qeydə alındıqda onların aradan qaldırılması üçün zəruri tədbirlər görülür", - məlumatda qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:16
embedMənbə:https://axar.az
archiveBu xəbər 28 Oktyabr 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see227

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see225

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see195

Alişan Uzak şehir in setində FOTOLAR

27 Oktyabr 2025 06:32see194

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see188

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see169

Buğdanı cücərdib istifadə etsəniz, möcüzəni görəcəksiniz

26 Oktyabr 2025 22:30see160

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see153

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see146

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see137

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see135

Tbilisinin mərkəzində müxalifət yürüş mitinq keçirir

26 Oktyabr 2025 21:00see132

Osimhen Okan Buruka təriflədi: Onun rəhbərliyi altlnda oynamaqdan çox məmnunam

27 Oktyabr 2025 00:39see129

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

27 Oktyabr 2025 23:41see129

Tarixin ən məşhur qırılmaz kodlarından birinin həlli tapıldı...

26 Oktyabr 2025 21:54see128

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see128

Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır

27 Oktyabr 2025 01:21see128

Siyasətlə evi isidə bilmərik Siyarto

26 Oktyabr 2025 20:40see127

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

28 Oktyabr 2025 00:14see122

“Komanda üçün fərqi yoxdur Bakıda çıxış edirik, yoxsa Gəncədə” Marian Kolevin ə MÜSAHİBƏSİ

27 Oktyabr 2025 13:22see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri