Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Avropa İttifaqı Şurasının ötən gün qəbul etdiyi qərarla "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) məxsus "Zaqatala" gəmisinə, eləcə də ASCO ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birgə müəssisəsinə məxsus "Şuşa", "Qarabağ", "Xankəndi" və "Zəngəzur" gəmilərinə qarşı tətbiq edilmiş sanksiyalar ləğv olunub.
"Report" ASCO-ya istinadən xəbər verir ki, qərara əsasən, sözügedən gəmilər Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb.
Məsələnin müsbət həlli Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, ASCO və SOCAR-nın koordinasiyalı şəkildə həyata keçirdiyi diplomatik və hüquqi fəaliyyət nəticəsində mümkün olub.
Sözügedən gəmilər çarter müqavilələri əsasında üçüncü tərəflərə uzunmüddətli icarəyə verilib, onların istismarı isə beynəlxalq qaydalara, o cümlədən beynəlxalq sanksiya tələblərinə tam uyğun şəkildə həyata keçirilib. Qəbul olunmuş qərar beynəlxalq hüquq normalarına əsaslanan obyektiv yanaşmanın və konstruktiv dialoqun nəticəsi kimi qiymətləndirilir.
ASCO gəmiçilik sahəsində beynəlxalq fəaliyyət göstərən dövlət şirkəti kimi bundan sonra da fəaliyyətini ölkə qanunvericiliyinə, beynəlxalq hüquq normalarına və beynəlxalq sanksiya rejimlərinə ciddi riayət etməklə davam etdirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 24 Aprel 2026 09:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















