Icma.az
close
up
RU
Azərbaycana qarşı qəhrəmanlaşdırma oyunları keçməyəcək RƏY

Azərbaycana qarşı qəhrəmanlaşdırma oyunları keçməyəcək RƏY

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Bura Gürcüstan deyil, kənar müdaxilələrə qarşı effektiv mexanizmlər möbcuddur 


ABŞ Dövlət Departamentində dövlət katibi Antoni Bilenkenin iştirakı ilə Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Gününə həsr olunmuş mükafatlandırma mərasimi olub. Korrupsiyaya qarşı mübarizədə "əlamətdar addımlar atmış" şəxsləri tanımaq və bu "qəhrəman tərəfdaşlarla" həmrəylik nümayiş etdirmək üçün 2021-ci ildə Korrupsiyaya Qarşı Mübarizə Çempionları Mükafatını təqdim ediblər. Departamentin mükafat verdiyi şəxslər arasında Azərbaycanda həbsdə olan "Abzas Media"nın baş redaktoru  Sevinc Vaqifqızı da var. 

Qeyd edək ki, "Abzas Media" nın baş redaktoru olmuş Sevinc Vaqifqızı barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qərarı verilib. Məsələ ondadır ki, bugün korrupsiya ilə bağlı araşdırmalar məhz ABŞ-nin özündə aparılmalıdlr. Pentaqonda on milyardlarla dollar yeyinti aşkarlanır, amma bu barədə heç kim yazmır, kimsəyə mükafat verilmir. Əvəzində Bayden öz cinayətkar oğlunu azad etdirir. Bu, Bayden administrasiyasının siması olmaqla yanaşı, həm də ayrı ayrı ölkələrdə hüquq müdafiəçisi adı altında verilən mükafatların əsl mahiyyətini göstərir. Bayden administraaiyası müxtəlif ölkələrdə, o cümlədən də Azərbaycanda xəyanətkarları, mənəviyyatsızları tapıb pul müqabilində əməkdaşlığa cəlb edir. Sonra da öz xalqına və dövlətinə qarşı riyakarlığa görə onları "mükafatlandırır", "qəhrəmanlaşdırır". Ancaq Bayden administrasiyası da, digərləri də bilməlidirlır ki, Azərbaycanda bu oyunlar keçməyəcək. Azərbaycan Gürcüstan deyil, burada kənar müdaxilələrə qarşı effektiv mexanizmlər möbcuddur və bundan sonra da belə riyakar cəhdlərin qarşısı alınacaq.


Siyasi şərhçi Azər Həsrət "Şərq"ə deyib ki, ABŞ-nin bu cür siyasəti bir çox günahsız insanları qurbana çevirir. Ekspertin sözlərinə görə, əvvəlcədən şirnikləndirmə yolu ilə aldadılaraq fəal adamları bu cür qanunsuz əməllərə sövq edirlər: 

"Onları lüzumsuz yerə tərifləyib dağ başına qaldırırlar. Həvəsləndirici təkliflərlə yavaş-yavaş elə bir mərhələyə çatdırırlar ki, həmin adamlar da sonrakı mərhələdə qanun pozuntularına yol verirlər. Öz dövlətlərinə qarşı çıxmağa başlayırlar. Ümumiyyətlə elə bir girdaba düşürlər ki, artıq oradan çıxa bilmirlər. Son nəticədə həmin adama "mükafatlar" təqdim edirlər. Bir növ dünyaya təbliğ edirlər ki, öz ölkəsində "mübarizə" aparan insanların arxasında dururlar. Amma bütün bunlar boş illuziyalardır, aldatmacadır. Çox istərdim ki, bizim fəallarımız, jurnalistlərimiz, insan haqqları, vətəndaş cəmiyyəti təmsilçiləri bu cür şirnikləndirmələrə aldanmasınlar". 


Ekspertə görə, bunların hamısının məqsədi ABŞ kimi dövlətlərin maraqlarına xidmətdir:

"Bir insan öz Vətənin, dövlətini kənara qoyub başqa bir dövlətin maraqlarına niyə xidmət etməlidir? Niyə bir insan öz dövlətinin əvəzinə kənar bir ölkənin xidmətçisi olmalıdır? Boş, uydurma tərif qazanmaq üçün əldən-ayaqdan getməyə dəyərmi? Bu məsələlərdə çox diqqətli olmalıyıq. Düşünürəm ki, belə təşəbbüslər "gözə kül üfürmək", aldatmaq, şirnikləndirmək, qızışdırmaq, cəmiyyətlərə qarışıqlıq salmaq cəhdindən başqa bir şey deyil. Təəssüf ki, bəzi şəxslər belə "mükafatlar" uğrunda mübarizə də aparırlar. Bəziləri bunu bilərəkdən, bəziləri isə bilmədən edirlər". 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Dekabr 2024 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see223

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see158

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see148

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see138

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see137

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri