Icma.az
close
up
RU
Azərbaycana qarşı yeni hiylə Moskva Bakı əleyhinə qızışdırılır

Azərbaycana qarşı yeni hiylə Moskva Bakı əleyhinə qızışdırılır

Icma.az, Olke.az saytına istinadən bildirir.

Erməni mediası Rusiya ilə aramızda yaranmış soyuqluğu fürsət bilərək Kremli Bakının üzərinə qaldırır - məkrli planın hədəfi...

“Bəzi mənbələrə görə, sülh müqaviləsinin mətnində Ermənistan ərazisində heç bir başqa dövlətin hərbi bazasının olmayacağı ilə bağlı ifadə var. Bu o deməkdir ki, dövlətlərarası müqavilə imzalanandan sonra Rusiya 102-ci hərbi bazasını Ermənistandan çıxarmalı olacaq”. Xəbər verildiyi kimi, belə bir iddia ilə Ermənistanın “Hraparak” nəşri çıxış edib.

“Saziş layihəsində belə bir müddəa Rusiya hakimiyyətinin ciddi narazılığına səbəb olub. Mayın 9-da Moskvada baş nazir Paşinyanın soyuq qarşılanması, həmçinin Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşün olmaması yəqin ki, bununla izah olunur. Halbuki Vladimir Putin həmin gün tədbirə qatılan əksər dövlət başçıları ilə ayrı-ayrılıqda görüşlər keçirmişdi”, - məlumatda bildirilib. Həmçinin xatırladılıb ki, Gümrüdəki baza 1995-ci ildə hökumətlərarası razılaşma əsasında formalaşıb, 2010-cu ildə Rusiya Prezidenti Dmitri Medvedyevin Ermənistana səfəri zamanı müqavilənin müddəti 2044-cü ilə qədər uzadılıb...

“Ölkə.Az” xatırladır ki, razılaşdırılmış sülh sənədi layihəsində Azərbaycan və Ermənistan ərazilərində üçüncü dövlətin hərbi qüvvələrinin olmayacağı haqda qarşılıqlı öhdəlik yoxdur. Söhbət yalnız sərhəddən gedir. Məhz iki ölkə sərhədində üçüncü hərbi qüvvə yerləşə bilməz. Yəni sənəd layihəsinin Gümrü bazasına dəxli ola bilməz. O ayrı məsələ ki, İrəvan Bakı və Ankara ilə münasibətləri normallaşdırandan sonra həmin bazaya ehtiyac qalmaya bilər. Beynəlxalq hüquqa görə də heç kim nə Azərbaycana, nə də Ermənistana öz ərazisində başqa dövlətin hərbi bazasını yaratmağı qadağan edə bilməz. Özü-özünə qadağan eləməsə. Belə çıxır, biz sabah burada Türkiyənin hərbi bazasını yaratmaq istəsək, Ermənistandan icazə almalıyıq? Sənəddə belə şey ola bilməz. İstisna deyil ki, bu cür yazılarla Rusiyanı həm sülh sənədinə, həm də hazırda münasibətləri sərin olduğu Azərbaycan əleyhinə kökləmək istəyirlər. Ola bilsin arxasında da Rusiyaya bağlı radikal-revanşist dairələr dayanır.

Bu arada erməni ekspert Benjamin Poqosyan iddia edib ki, Ukraynada atəşkəsə nail olunarsa, Rusiya öz resurslarını Cənubi Qafqaza yönəldə və regionda öz mövqelərini möhkəmləndirmək üçün bir sıra hərbi-siyasi addımlar ata bilər. Onun fikrincə, böyük ehtimalla yaxın gələcəkdə Rusiya yenə Cənubi Qafqazda geosiyasi dinamikanın hərəkətverici qüvvəsi olaraq qalacaq: “Ukraynada potensial atəşkəs Moskvaya resursları Cənubi Qafqaza qaytarmağa və bununla da öz mövqeyini gücləndirməyə imkan verə bilər”.

“Ermənistan ərazisində yerləşən Rusiya hərbi bazasının çıxarılması məsələsi gündəmdə deyil”. Bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan məlumat verib.

Onun sözlərinə görə, Rusiya hərbi kontingentinin ölkədən çıxarılması ilə bağlı heç bir müzakirə aparılmır və bu məsələ rəsmi gündəmdə yoxdur.

Belədirmi? Bakı-Moskva münasibətlərində Ukrayna atəşkəsindən dolayı hansı fors-major vəziyyət yarana bilər?

Xəyal Bəşirov 

Siyasi şərhçi Xəyal Bəşirov “Yeni Müsavat”a bildirib ki, üçtərəfli 10 noyabr sənədi imzalandıqdan sonra Ermənistan bütün məsələlərdə sülhə zərər vuran mövqe sərgiləyib: “İndi də fərqli mövzudan yapışıblar. Burada təkcə Ermənistan iqtidarının deyil, revanşist müxalifətin də rolu olmamış deyil. Paşinyan hökuməti heç də proseslərə nəzarət edə bilmir. Bunu orduda, kilsədə və s. istiqamətlərdə görmək olar. Sadəcə, revanşist müxalifət Paşinyan iqtidarı ilə Rusiyanın arasını vurmağa çalışır. Məqsəd odur ki, bu minvalla da hakimiyyətin dəyişməsinə nail olsunlar. Həmin radikal qüvvələrin marağı həm də Rusiya-Azərbaycan əlaqələrini korlamağa hesablanmış ola bilər. Yəni ikibaşlı hədəf görünür”.

Ekspertə görə, erməni iqtidarı bu cəhdlərə hələ ki susur: “İki ölkə razılaşıb ki, sərhəddə kənar qüvvələr olmasın. Yəni bu qərar xüsusən də Avropa Birliyinin mülki missiyasına aiddir. Ermənistan çalışdı ki, bu razılaşma yalnız delimitasiya edilmiş ərazilərə şamil olunsun. Ancaq rəsmi Bakı tələb etdi ki, bütün sərhədboyu üçüncü qüvvə çıxarılmalıdır. İndi isə Azərbaycanla Rusiya arasında həssas dövrü nəzərə alsaq, ermənilər bu soyuqluğun dərinləşməsi üçün bəzi spekulyasiyalara yol verir. Guya Azərbaycan öhdəlik qoyub ki, 102-ci baza çıxarılsın. Bu, Rusiyanı Azərbaycana qarşı qoymaq hiyləsidir. Halbuki Gümrüdə olan rus hərbi bazasının 2044-cü ilədək qalması haqda özləri müqavilə imzalayıblar, Azərbaycana aidiyyəti olmayan məsələdir. Hətta istisna etmirəm ki, rəsmi İrəvan özünün açıq deyə bilmədiyi bu tezisləri müxalifət və media vasitəsilə eşitdirir”.

Züriyə Qarayeva

Siyasi ekspert Züriyə Qarayeva isə Rusiya-Ermənistan münasibətlərində yeni bir istiləşmə müşahidə edildiyini deyib: “Paşinyan Moskva paradına getməklə Putinə bir addım atmış oldu. Eyni zamanda ticarət dövriyyəsində artım var. İnanmıram ki, hazırda rus bazasının bağlanması aktualdır. Paşinyan "öz ayağına sıxmaq" istəmir. Sadəcə, erməni mediası Rusiya ilə Ermənistan arasında əlaqələrin nisbətən istiləşdiyi bir vaxtda Bakı ilə Moskvanı üz-üzə qoymaq üçün körükləyici materiallar dərc edir. Kreml o qədər də aciz və avam deyil ki, bu hiylələrə aldansın".

Ekspertin fikrincə, Azərbaycan-Rusiya münasibətlərinin spesifik xarakteri var: “İki ölkə rəhbərləri arasında etimad yüksək səviyyədədir. Son zamanlar yaranmış soyuqluğun səbəbləri də məlumdur. Azərbaycan haqlı tələblər səsləndirir. Lakin o demək sayılmır ki, Ermənistanın hiyləgər gedişləri bu münasibətlərə təsir edə bilər. Ona görə də sülh mətnini təhrif ediblər. Söhbət üçüncü qüvvənin sərhədimizdə yerləşdirilməməsindən gedir. Ermənistan İran, Gürcüstan, yaxud Türkiyə ilə sərhədində hansı ölkənin bazasını istəsə yerləşdirə bilər”.

Onu da deyək ki, 102-ci bazanın Ermənistandan çıxarılacağı haqda iddialar yeni deyil. Hətta Kreml Ermənistanın Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı müqavilənin tezliklə ləğvi ilə bağlı yayılan məlumatları şərh də edib. Məsələn, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə heç bir mənfi siqnalın olmadığını söyləyib. Bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda Rusiya hərbi bazasının olmasının məqsədəuyğunluğu ilə bağlı müzakirələri “zərərli” adlandırmışdı. Onun müavini Mixail Qaluzin isə “Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu müzakirə etmək yersiz və zərərlidir”, - deyib. Qaluzin xatırladıb ki, onun yerləşdirilməsi haqqında saziş 1995-ci il martın 16-da hər iki dövlətin milli maraqlarına əsaslanaraq bağlanıb: “Bu sənədin 26-cı maddəsinə əsasən, hərbi qulluqçularımızın qalma müddəti 49 ildir”.

Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası 1995-ci ildə yaradılıb və bu günə qədər fəaliyyət göstərir. Baza Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibindəki Cənub Hərbi Dairəsinə tabedir. Təxminən 5 min nəfərə yaxın şəxsi heyətə malikdir. Ermənistanın İrəvan və Gümrü şəhərlərində (İrəvandan 126 km şimalda) dislokasiya olunur.

102-ci hərbi baza və ya 04436 saylı hərbi hissə Rusiyanın Ermənistanla münasibətlərində mühüm əhəmiyyət daşıyır və Moskvanın xaricdəki azsaylı hərbi bazalarından biridir. Bu günə qədər baza faktiki olaraq, əsrlər boyu olduğu kimi, Ermənistanın Moskvanın diktəsilə idarə olunmasına şərait yaradan vacib element rolunu ifa edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 May 2025 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri