Azərbaycana qış qayıtdı: bu ərazilərə qar yağdı, dolu düşdü
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Mayın 16-sı saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir.
Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür. pizza mizza
Belə ki, Naxçıvan, Ordubad, Culfa, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Ağstafa, İsmayıllı, Oğuz, Qəbələ, Şamaxı, Xızı, Quba, Qrız, Xaltan, Göyçay, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astara, Qobustan, Qax (Sarıbaş), Ağsuda arabir şimşək çaxır, yağış yağır. Şahdağda isə arabir qar yağması müşahidə olunur.
Saat 10:57-11:05 radələrində Xocalı rayonunun Təzəbinə kəndinə diametri 15 mm, saat 14:45 radələrində Qəbələyə diametri 15-20 mm, saat 15:15 radələrində Naxçıvana diametri 2-8 mm, saat 15:30-15:45 radələrində İsmayıllı rayonunun Tircan kəndinə diametri 6 mm, saat 16:30-16:45 radələrində isə İsmayıllı rayonunun Həftəsov, Çandahar, Zarat və Brovdal kəndlərinə diametri 8 mm olan dolu düşüb.
Hazırda bəzi ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Culfada 19, Bakıda və Abşeron yarımadasında 17 m/s-dək güclənir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:186
Bu xəbər 16 May 2026 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















