Azərbaycana stomatoloji vasitələrin qanunsuz gətirilməsinin qarşısı alınıb
Icma.az bildirir, Missiya.az portalına istinadən.
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları stomatoloji vasitələrin ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısını alıblar.
Missiya.Az komitəyə istinadən xəbər verir ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən gömrükçülər tərəfindən saxlanılıb və “Qırmızı kanal”a yönləndirilib. Vətəndaşa məxsus əşyalara stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilərkən şübhəli təsvirlər müşahidə edilib.
Yoxlama zamanı həmin şəxsin çamadan və çantasında gömrük orqanlarına bəyan edilməyən üç adda 555 ədəd stomatoloji vasitələr aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 28 Fevral 2025 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















