Azərbaycana turist axını 1 % artıb
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Bu ilin yanvar-aprel aylarında Azərbaycana 735 min 884 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib.
"Cebheinfo.az" Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 % çoxdur.
Təkcə apreldə isə ölkəyə 227 788 nəfər xarici və vətəndaşlığı olmayan şəxs gəlib. Bu isə 1 il əvvələ nisbətən 7 % azdır.
Aprel ayında Azərbaycana ən çox turist 53 073 nəfər olmaqla Rusiyadan gəlib. 2-ci yerdə Türkiyə (39 417 nəfər), 3-cü yerdə isə Hindistan (26 253 nəfər) qərarlaşıb.
Bundan başqa, ay ərzində İrandan 16,6 min, Gürcüstandan 9,4 min, Qazaxıstandan 7,9 min, Səudiyyə Ərəbistandan 7,8 min, Pakistandan 7,2 min, Birləşmiş Ərəb Əmirliklərindən 5,8 min, Özbəkistandan 4,1 min turist gəlib.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 16 May 2025 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















