Icma.az
close
up
RU
Azərbaycanada ötən il universitetlərdən xaric edilən TƏLƏBƏLƏRİN SAYI

Azərbaycanada ötən il universitetlərdən xaric edilən TƏLƏBƏLƏRİN SAYI

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ali təhsil müəssisələrində imtahan sessiyası başlayıb.

Modern.az-ın məlumatına görə, ötən semestr bir sıra universitetlərdə müxtəlif sayda tələbələr ali təhsil müəssisələrindən xaric edilib.

Tələbələrin universitetlərdən xaric edilmə səbəbləri müxtəlifdir. Onlardan bəzirləri təhsil haqqını ödəyə bilmədiyi üçün, bəziləri xarici universitetlərə qəbul olduğu üçün ali təhsil müəssisələrindən xaric olunub.

Məsələ ilə əlaqədar bir sıra ali təhsil müəssisələri ilə əlaqə saxladıq.

Azərbaycan Texniki Universitetindən bildirilib ki, 2024-2025-ci tədris ilində AZTU-dan 117 nəfər xaric edilərək təhsil proseslərinə xitam verilib.

Türkiyə-Azərbaycan Universitetindən qeyd edilib ki, TAU-ya qəbul olunan 87 nəfərdən 4 nəfəri paralel olaraq Türkiyə universitetlərinə də qəbul olunduqları üçün öz istəkləri ilə TAU-dan xaric olunublar.

Azərbaycan Memarlıq və İnşaat Universitetindən verilən məlumata görə, 2024-2025-ci tədris ilində AZMİU-da təhsilinə xitam verilən tələbə olmayıb:

“Boloniya sistemində tələbənin təhsilinə xitam verilməsi yalnız tələbənin öz müraciəti ilə yaxud onun daxili nizam-intizam qaydalarını kobud şəkildə pozması yəni Azərbaycan Respublikası Qanunvericiliyinin qadağan etdiyi, təhsil alma hüquqlarını məhdudlaşdıran əməlləri olduğu halda həyata keçirilir. 2024-2025-ci illərdə AZMİU-da bu hallar yaşanmayıb və heç bir tələbənin təhsil prosesinə xitam verilməyib”.

Azərbaycan Dövlət Pedaqoji Universitetindən qeyd edilib ki, 2024-2025-ci tədris ilinin əvvəlindən indiyədək müxtəlif səbəblərdən ADPU tələbələri siyahısından 19 nəfər xaric edilib:

“Bu tələbələrdən 1 nəfəri vəfat etdiyi üçün, 18 nəfər tələbə isə şəxsi ərizələri və digər səbəblərdən tələbələr siyahısından xaric edilib”.

Azərbaycan Universitetindən qeyd edilib ki, cari tədris ilində 46 nəfər öz ərizələri ilə tədris proseslərini dayandıraraq universitetdən xaric edilib.

Bakı Mühəndislik Universitetindən bildirilib ki,  BMU-da yeni dərs ili başlayandan hazırkı tarixə kimi universitet tərəfindən hansısa tələbə dərsə davamiyyət və sair məsələlərə görə xaric olunmayıb:

“Bununla belə az sayda, bir neçə tələbə müxtəlif şəxsi səbəblərə görə könüllü olaraq təhsillərinə fasilə veriblər”.

Azərbaycan Dövlət İqtisad Universitetindən verilən məlumata görə, 2024-2025-ci tədris ilində UNEC-də bakalavriat pilləsi üzrə 53, magistratura pilləsi üzrə 84 tələbə olmaqla ümumilikdə 137 tələbənin təhsil prosesinə xitam verilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən qeyd edilib ki,  ADMİU-da 2024-2025-ci tədris ilində tədris prosesinə xitam verilən tələbə olmayıb.

Azərbaycan Kooperasiya Universitetindən verilən məlumata görə, AKU-da 2024-2025-ci tədris ili üzrə tədris prosesinə xitam verilən tələbə olmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Yanvar 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri