Icma.az
close
up
RU
Azərbaycanda 1 mln. 200 minə “Rolls Royce Ghost” avtomobilini kim alıb?

Azərbaycanda 1 mln. 200 minə “Rolls Royce Ghost” avtomobilini kim alıb?

Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Məmləkətdə bir nəfər də olsun rəsmi milyonçu yoxdursa, büdcəyə ən çox vergi verən insanları tanımırıqsa, bəs 1 mln. 200 minə “Rolls-Royce Ghost” avtomobilini, və ya 500 minə qədər qiyməti olan “Bentley”-i kim alır?!

Tribunainfo.az xəbər verir ki, bu sualla Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli çıxış edib. O bildirib ki, son bir ildə ölkədə Çin istehsalı avtomobillərin sayı artıb:

“Azərbaycanda 2024-cü ilə 1 mln. 585 min 265 ədəd minik avtomobili qeydiyyatdadır (niyə elə yazdım – çünki, nə qədər maşının işlək olub-olmamasının ayrıca statistikası yoxdur). Ölkədə ən çox, 220 242 ədəd “Mersedes” markalı maşın var. Amma “sovet-rusiya” istehsalı avtomobillərin tamamının sayı (VAZ, LADA, QAZ, UAZ, Moskviç və s.) 296261 ədəddir.

Son 1 ildə, yəni 2023-cü il ilə müqaisədə 2024-də Çin istehsalı maşınların satışı, qeydiyyatı kəskin çoxalıb – Changan 1 ilə 4086 ədəd (84%), BYD 1 ilə 3072 ədəd (303%) artıb.

Diqqətimi bir rəqəm də çəkdi, 2023-cü ildə ölkədə 66 “Rolls-Royce” qeydiyyatda idi, 2024-cü ildə saylı 74-ə çatıb, 8 yeni “Rolls-Royce” satılıb, satılan avtomobillər arasında bir neçə “Rolls-Royce Ghost” da olub, bu maşınların qiyməti 1 mln. 200 min manatdır.

Bu məsələni iki mesaja, suala görə qaldırdım:

1) Rəsmi qurumlar deyir ki, Bakıda tıxacın çox olmasına səbəb avtomobilərin sayının çox olmasıdır. Halbuki, Azərbaycanda, Gürcüstana nisbətən hər 1000 nəfərə 2 DƏFƏ daha az maşın düşür – deməli tıxacların səbəbi yol infrastrukturunun çatışmamazlığı, doğru idarəetmənin olmaması və ictimai nəqliyyatın bərbad vəziyyətidir.

2) “Rolls-Royce”-dən başqa 2024-cü ildə ölkədə çox bahalı digər maşınlar da satılıb – 35 ədəd Jaguar, 15 ədəd Bentley və s.

Yaxşı, məmləkətdə 1 nəfər də olsun RƏSMİ milyonçu yoxdursa, büdcəyə ən çox vergi verən insanları tanımırıqsa, bəs 1 mln. 200 minə “Rolls-Royce Ghost” avtomobilini, və ya 500 minə qədər qiyməti olan “Bentley”-i kim alır?! Bəlkə ölkə öz qəhramanlarını tanısa yaxşı olar (cidii sözümdür, öz qanuni biznesi ilə pul qazanan istənilən böyük vergi ödəyicisi məmləkət üçün qəhraman sayıla bilər)?!.

Bu avtomobilləri fərdlərmi alıb, yoxsa dövlət-hökumət idarələri büdcə pulunumu bu maşınlara xərcləyib?!”.

Nigar İxtiyarqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:289
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 14 Aprel 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri