Icma.az
close
up
RU
Azərbaycanda 11 yoluxucu xəstəliyə qarşı peyvəndləmə aparılır

Azərbaycanda 11 yoluxucu xəstəliyə qarşı peyvəndləmə aparılır

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycanda hazırda dövlət tibb müəssisələrində cari profilaktik peyvəndlər təqviminə uyğun 11 yoluxucu xəstəliyə qarşı peyvəndləmə aparılır: Hepatit B,  vərəm,  difteriya, göyöskürək, tetanus, poliomielit, B tipli hemofil infeksiya,  pnevmokok infeksiyası, qızılca, epidemik parotit, məxmərək”

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da həkim-epidemioloq Aytəkin Qurbanova açıqlayıb.

Onun sözlərinə görə, hər peyvəndin təqvimə uyğun yaşda vurulması  çox vacibdir, çünki həmin yaş dövründə uşağın peyvəndlə qarşısı alınan  təhlükəli xəstəliklərə məruz qalma riski olduqca yüksəkdir:
“Həmçinin, uşaqda bu yaş dövründə peyvəndləmə nəticəsində  daha güclü immunitet yaranır. Peyvənd təqvimi elmi sübutlara əsaslanaraq, tərtib olunub. Peyvəndlərin vurulmasında səbəbsiz gecikmələrə yol vermək olmaz. Peyvəndlər peyvənd təqviminə uyğun olaraq  vaxtında tətbiq edilməlidir. Belə ki, peyvəndin vurulmasında gecikmə uşağın həssas olduğu dövrdə  onu müdafiədən  məhrum edir. Məsələn, Hib  və pnevmokok kimi xəstəliklərdən  demək olar ki, əsasən 2 yaşadək uşaqlar əziyyət çəkir. Hepatit B, göyöskürək və bəzi digər peyvəndlərlə qarşısı alına bilən xəstəliklər az yaşlı uşaqlarda  daha ağır keçir. Lakin uşaqlara peyvənd vurulduğu təqdirdə, onların immun sistemi  güclənir  və erkən yaşlarından etibarən  həmin xəstəliklərə qarşı qorunmuş olur. Məhz buna görə də, uşaqları doğulduğu gündən  etibarən  peyvənd cədvəlinə uyğun peyvənd etdirmək lazımdır”.

Həkim-epidemioloq bildirib ki, uşaq hansısa səbəbdən bir və ya bir neçə  peyvəndi vaxtında almayıbsa, yaxud ona ümumiyyətlə heç bir peyvənd vurulmayıbsa, belə hallarda uşağın gecikmiş peyvəndləmə cədvəlinə uyğun peyvənd olunması vacibdir:

“Uşağın peyvəndləməsi gec başladıqda və ya yenidən  bərpa olunduqda, peyvəndləmə əvvəllər vurulan peyvəndlərin nəzərə alınması  şərtilə dayandırıldığı yerdən davam etdirilməlidir. Uşağın xəstələnməyini gözləmədən, onu peyvənd etdirmək mütləqdir, çünki xəstəliklərin fəsadları ağır ola bilər. Əgər uşaq  peyvəndlə qarşısı alına bilən  xəstəlikləri keçiribsə belə, uşaq  yenə də peyvənd edilməlidir. Bu çox vacibdir, çünki iki yaşından kiçik uşaqlar bəzi infeksiyaları  (hemofil infeksiya, meningit, pnevmoniya) keçirdikdən sonra yetərli səviyyədə təbii immunitet əldə edə bilmirlər”.

A. Qurbanova qeyd edib ki, uşaq xəstəliyə yoluxduqda virus və ya bakteriyanın bir növünə yoluxur:

“Lakin peyvənd uşağı eyni xəstəliyi törədə biləcək mikrobun bir çox növündən qoruyur. Məsələn, pnevmokok əleyhinə peyvənd uşağı pnevmokok bakteriyasının 13 növündən qoruyur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 30 Aprel 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri