Icma.az
close
up
RU
Azərbaycanda 15 qız QAÇIRILIB

Azərbaycanda 15 qız QAÇIRILIB

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Ümumi cinayətlərin 8,2 faizi qadınlara qarşı zorakılıq faktlarını təşkil edilib. Məişət zorakılığı ilə bağlı qeydə alınmış 1 316 cinayət işi üzrə 1 413 zərərçəkmiş şəxs müəyyən edilib.
Məişət zorakılığı zəminində törədilən cinayətlərdən 1 302-si qəsdən sağlamlığa yüngül zərər vurma, 64-ü qəsdən sağlamlığa az ağır zərər vurma, 53-ü qəsdən adam öldürmə, 30-u qəsdən sağlamlığa ağır zərər vurma, 20-si adam öldürməyə cəhd, 6-sı əzab vermə, hərəsi 1 fakt olmaqla öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə və qanunsuz azadlıqdan məhrumetmə, 19-u isə digər növlərdən ibarət olub".
Modern.az xəbər verir ki, bunu “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda ictimai dinləmədə daxili işlər nazirinin müavini İsmət Əliyev bildirib.
O deyib ki, hazırda Azərbaycanda hər 100 min qadına nisbətdə məişət zorakılığı cinayətlərinin sayı 46 fakt təşkil edir. Müqayisə üçün qeyd edək ki, bu göstərici İsveçdə 200, Finlandiyada 150, Fransada 110, Niderlandda 100, Almaniyada 90, İspaniyada isə 60 fakt səviyyəsindədir.

2025-ci ildə həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində 90 erkən evlilik faktı müəyyən edilib, 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 5 valideyn və 4 aidiyyəti şəxs barəsində inzibati tənbeh tədbiri görülüb, 57 şəxslə profilaktik iş aparılıb.

Nazir müavini bidlirib ki, il ərzində 15 qızqaçırma faktı üzrə Cinayət Məcəlləsinin “adam oğurluğu” maddəsi ilə cinayət işi başlanıb, 32 şəxs barəsində müvafiq məsuliyyət tədbirləri görülüb. 

“Bərabərlik hüququnun pozulması ilə bağlı cinayət qeydə alınmayıb. Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərlə bağlı 2, psixi zorakılıqla bağlı isə 4 inzibati xəta müəyyən edilib”.

“Qadınların təqsirləndirilən və ya zərərçəkmiş qismində tanındığı bütün cinayət işlərinin təhlili aparılaraq onları cinayətə təhrik edən amillər öyrənilir, aidiyyəti qurumlara təqdimatlar verilir. Ailə münaqişəsi zəminində daxil olmuş məlumatlar üzrə operativ tədbirlər nəticəsində 8 808 hüquqa zidd əməlin qarşısı alınıb”, – nazir müavini vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Mart 2026 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri