Azərbaycanda 16 rayonda Sağlam məhəllə lərin yaradılmasına başlanılır
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda 16 rayonda "Sağlam məhəllə" layihəsinin icrasına başlanılıb.
"APA-Economics" xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Tikilməkdə olan Obyektlərin Müdiriyyəti işlərə start verib.
Layihə çərçivəsində 16 rayonda açıq meydançaların tikintisi və avadanlıqlarla təchizatı nəzərdə tutulub.
Sözügedən layihənin 1 474 054,56 manata başa gələcəyi ehtimal edilir.
Qeyd edək ki, ötən il “Sağlam məhəllə” layihəsi çərçivəsində 25 şəhər və rayonda açıq meydançaların tikintisi və avadanlıqla təchizatı işlərinin həyata keçirilməsi üçün həmin ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1,9 milyon manat vəsait ayrılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:21
Bu xəbər 12 Noyabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















