Icma.az
close
up
RU
Azərbaycanda 2 ayda 29 yeni dövlət standartı qəbul edilib

Azərbaycanda 2 ayda 29 yeni dövlət standartı qəbul edilib

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Standartlaşdırma İnstitutu “Standartlaşdırma haqqında” qanuna və qüvvədə olan digər normativ-hüquqi aktlara əsasən 29 yeni dövlət standartı qəbul edib.

525.az AZSTAND-a istinadən xəbər verir ki, bu stanbdartlar müxtəlif sahələr üzrə istehlak olunan məhsulların, istehsal proseslərinin və istehsal metodlarının təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsinə, məhsulların rəqabətqabiliyyətliliyinin artırılmasına və yeni texnologiyaların tətbiqinə şərait yaradır.

Qida texnologiyası və kənd təsərrüfatı – 12 yeni dövlət standartı

AZS 235:2025 – İçalat kolbasaları, ümumi texniki şərtlər

AZS 154:2025 – Pambıq mahlıcının yetişkənliyinin müəyyən edilmə metodları

AZS 969:2025 – Pambıq mahlıcının qüsur və zibil qarışıqlarının müəyyən olunma metodları

AZS 237:2025 – Konservləşdirilmiş ədviyyatlı qara zeytun, texniki şərtlər

AZS 204:2025 – Karamel tipli şərq şirniyyatları, ümumi texniki şərtlər

AZS 209:2025 – Meyvə lavaşı, texniki şərtlər

AZS 228:2025 – Dondurma, ümumi texniki şərtlər

AZS 326:2025 – Qurudulmuş ədviyyat qarışıqları, texniki şərtlər

AZS 315:2025 – Toyuq ətindən hisə verilmiş-bişirilmiş məhsullar, texniki şərtlər

AZS 212:2025 – Qatılaşdırılmış balqabaq şirəsi, texniki şərtlər

AZS ГОСТ 33336:2025 – Köpüklənən şərablar, ümumi texniki şərtlər

AZS 113:2025 – Tünd meyvə içkiləri, ümumi texniki şərtlər

Tikinti materialları – 3 yeni dövlət standartı

AZS EN 1024:2025 – Kəsintili döşənmə üsulu ilə vurulan keramik dam örtüyü plitələrinin həndəsi xüsusiyyətlərinin təyini

AZS EN 1304:2025 – Keramik dam örtüyü plitələri və fitinqlər, məhsula dair anlayışlar və xüsusiyyətlər

AZS EN 12201-1:2025 – Su təchizatı, drenaj və təzyiqli tullantı suları üçün plastik boru kəməri sistemləri, ümumi tələblər

İnformasiya, telekommunikasiya və elektrotexnika – 4 yeni dövlət standartı

AZS EN 30-2-1:2025 – Qaz ilə işləyən məişət mətbəx texnikası, enerjidən səmərəli istifadə

AZS EN 15218:2025 – Buxarlandırıcı ilə soyutma kondensatorlu kondisionerlər və mayeli soyuducu aqreqatlar

AZS ISO/IEC 27701:2025 – Fərdi məlumatların idarə edilməsi üzrə tələblər və təlimatlar

AZS IEC 62512:2025 – Məişət qurutma funksiyalı elektrik paltaryuyan maşınlar, effektivliyin ölçülmə üsulları

Neft-qaz və əlaqəli texnologiyalar – 5 yeni dövlət standartı

AZS 446:2025 – Benzin mühərrikləri və universal motorlar üçün yağlar

AZS ГОСТ 20502:2025 – Yağlar və aşqarlar üzrə korroziya təyini üsulları

AZS 449:2025 – Soyuducu maşınlar üçün yağlar

AZS 448:2025 – Sənaye yağları, texniki şərtlər

AZS 589:2025 – Transformator yağları (T-1500-30 və T-1500-45 markaları)

Ətraf mühit – 2 yeni dövlət standartı

AZS ISO 16075-1:2024 – Təmizlənmiş tullantı sularının suvarma layihələrində istifadəsi üzrə təlimatlar

AZS ISO 12846:2025 – Suyun keyfiyyəti üzrə civənin təyini üsulları

Nəqliyyat – 3 yeni dövlət standartı

AZS ECE 83:2025 – Nəqliyyat vasitələrinin emissiya standartları

AZS ECE 100:2025 – Elektrik ötürücülərinə dair tələblər

AZS ECE 101:2025 – Karbon 4-oksidin həcminin və yanacaq sərfinin ölçülməsi

Bundan başqa, hesabat dövründə 22 dövlət standartı dövrü yoxlanılıb və onlara dəyişiklik edilib. Bunlar, əsasən qida məhsulları, sənaye yağları, nəqliyyat vasitələri və suyun keyfiyyəti ilə bağlı standartları əhatə edir.

19 dövlət standartı ləğv edilib. Onların arasında sənaye yağları, nəqliyyat vasitələrinin emissiya standartları, pambıq mahlıcının texniki tələbləri və müxtəlif qida məhsulları ilə bağlı standartlar yer alır.

Sahibkarların sifarişi əsasında 30 texniki şərt hazırlanıb, ekspertizadan keçərək dövlət qeydiyyatına alınıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Mart 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri