Icma.az
close
up
RU
Azərbaycanda 2 il əvvəlki qətlin ÜSTÜ AÇILDI: qadını öldürüb meyitini meşədə gizlətdi

Azərbaycanda 2 il əvvəlki qətlin ÜSTÜ AÇILDI: qadını öldürüb meyitini meşədə gizlətdi

Lent az saytına istinadən Icma.az xəbər verir.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması istiqamətində birgə icra olunan kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb. 

Hər iki qurumun mətbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumatda bildirilir ki, keçirilən tədbirlərlə müəyyən edilib ki, 2023-cü il iyulun 18-də Xəqani Rəhmətov Gülxar Cahangirovanın köməksiz vəziyyətindən istifadə edərək onu taksi kimi ünvana aparacağı bəhanəsi ilə idarə etdiyi avtomobilə əyləşdirib. Daha sonra Xaçmaz rayonu, Xaspoladoba kəndi istiqamətində yerləşən Qudyalçay çayının kənarına apararaq avtomobildən endirib ona məxsus pul kisəsini götürüb. Fiziki zor tətbiq edərək qadını arxaya itələyib yıxıb, bir neçə saat sonra həmin yerə qayıtdıqda onun öldüyünü aşkar edib. Meyiti avtomobilə yerləşdirib Xaçmaz rayonu, Əzizli kəndi istiqamətindəki meşəlik əraziyə apararaq, cəsədi və zərərçəkmişə məxsus əşyaların olduğu bağlamanı meşənin dərinliyində gizlədib.

Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 181.3.3-cü maddələri (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədilən quldurluq) ilə ibtidai istintaqı davam etdirilən cinayət işi üzrə Xəqani Rəhmətov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Təqsirləndirilən şəxs barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Xaçmaz rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq və əməliyyat-axtyarış tədbirləri davam etdirilir.

Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://lent.az
archiveBu xəbər 05 İyun 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri