Azərbaycanda 23 internet provayderinin uçotu ləğv edilib
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
2023-2025-ci illərdə Azərbaycanda 23 internet provayderinin uçotu müxtəlif səbəblərlə ləğv edilib.
Bu barədə "APA-Economics"ə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) bildirilib.
Məlumata görə, bu şirkətlərin uçotdan çıxarılmasının əsas səbəbləri arasında qanunvericiliyin tələblərinə əməl etməmək, fəaliyyətin dayandırılması, hüquqi şəxsin yenidən təşkili, başqa provayderə birləşməsi və digər hüquqi pozuntular yer alır.
Şirkətlərin tələblərə uyğun fəaliyyət göstərməməsi, bazarın düzgün və şəffaf işləməsini təmin etmək məqsədilə ciddi tədbirlərin görülməsinə səbəb olub.
Qeyd edilib ki, bu vaxta qədər ölkədə 191 internet provayderi uçota alınıb. Hazırda onlardan 149-u uçotu aktiv olan sabit internet provayderidir. Bununla yanaşı, bazarda 3 mobil operator və 17 host provayder də fəaliyyətini davam etdirir.
Baxış sayı:110
Bu xəbər 17 Fevral 2026 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















