Azərbaycanda 2,5 milyon 5 TV yayımçısı arasında bölündü
Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
29 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının cari ildə son iclası keçirilib.
Şuradan Publika.az-a verilən məlumata görə, iclasda il ərzində audiovizual media və onun tənzimlənməsi sahəsində həyata keçirilmiş fəaliyyət, Audiovizual Şuranın bu istiqamətdə gördüyü işlər - yeni lisenziyaların verilməsi, audiovizual proqramların həmçinin, retranslyasiya operatorlarının paketlərinin monitorinqi, tətbiq olunan inzibati tənbeh tədbirləri, FM radio yayımının genişləndirilməsi ilə bağlı Prezident Sərəncamının icrasının yekunlaşması, Audiovizual Şuranın beynəlxalq əməkdaşlığı və digər məsələlər üzrə ümumi fikir mübadiləsi aparılıb.
Daha sonra özəl ümumölkə yayımçılarına birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamı Şura üzvləri tərəfindən yüksək qiymətləndirilmiş, bunun cəmiyyətin operativ və dolğun məlumatlandırılması və maarifləndirilməsi sahəsində yayımçıların fəaliyyətinin gücləndirilməsi, yayım keyfiyyətinin yüksəldilməsi istiqamətində dövlətin növbəti dəstək addımı olduğu vurğulanıb.
Audiovizual Şuranın müvafiq qərarı ilə ayrılmış 2,5 milyon manat maliyyə vəsaiti 5 ümumi və xəbər janrlı özəl ümumölkə yerüstü televiziya yayımçısı arasında bərabər bölünüb.
Baxış sayı:128
Bu xəbər 29 Dekabr 2024 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















