Azərbaycanda 3 nəfər zəhərlənib öldü RƏSMİ
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
"İyul ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 118 nəfər qəbul edilib".
Bu barədə "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Bildirilir ki, şöbəyə qəbul edilən xəstələrdən 39 nəfər dərmandan, 47-si sirkə turşusundan, dördü həlledici məhluldan zəhərlənib:
"Həmçinin 20 nəfər ilan sancması, üç nəfər allergik reaksiya, üç nəfər botulizm, iki nəfər göbələk zəhərlənməsi səbəbilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən üçü (bir nəfər qadın cinsli, iki nəfər kişi) dünyasını dəyişib.
Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb".
Gülər
“Cebheinfo.az”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 08 Avqust 2025 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















