Azərbaycanda 3,3 milyonluq şirkət ləğv edildi 5 milyonluq MMCyə qoşuldu
Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.
Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər” qəzetindən məlumat əldə edib.
Belə ki, "Gilan Tea” MMC "Green Plant” MMC-yə qoşulub və buna görə də "Green Plant” şirkəti yenidən təşkil edildiyini elan edib.
Qeyd edək ki, nizamnamə kapitalı 3 milyon 337 min 928.6 manat olan "Gilan Tea” MMC 2010-cu ildə dövlət qeydiyyatına alınıb.
Sözügedən ikinci şirkət isə "Astara Çay” MMC adı ilə 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Bu ilin oktyabrında şirkət rebrendiq edərək indiki adını – "Green Plant” MMC alıb. Şirkətin nimzanamə kapitalı 5 milyon 100 min manatdır.
Onu da əlavə edək ki, "Gilan Tea” və "Green Plant” MMC-lərin qanuni təmsilçisi Seyfullayev Kamil Əli oğludur.
Baxış sayı:85
Bu xəbər 14 Dekabr 2024 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















