Icma.az
close
up
RU
Azərbaycanda 4 ayda qoruqlar və muzeyləri 277 mindən çox insan ziyarət edib

Azərbaycanda 4 ayda qoruqlar və muzeyləri 277 mindən çox insan ziyarət edib

Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu ilin yanvar-aprel aylarında Dövlət Turizm Agentliyi yanında Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki qoruq və mədəniyyət müəssisələrini (muzeylər) ümumilikdə 277 175 nəfər ziyarət edib.

Missiya.Az bu barədə Mərkəzin hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bunun 42 473 nəfəri yerli, 203 153 nəfəri əcnəbi, 31 549 nəfəri isə ödənişsiz kateqoriyaya daxil olub.

Ən çox ziyarət edilən məkanlardan biri “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu olub. Bu obyektə 91 474 əcnəbi, 9 579 yerli, ümumilikdə 109 minə yaxın ziyarətçi baş çəkib.

İkinci yerdə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu qərarlaşıb. Buraya 81 376 nəfər əcnəbi, 7 182 nəfər yerli turist səfər edib. Ödənişsiz ziyarətçilərin sayı isə 7 412 nəfər olub.

Daha sonra “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu gəlir. Bu qoruğa 4 ayda 14 209 nəfər yerli, 15 906 nəfər əcnəbi, 7 187 nəfər isə ödənişsiz şəkildə giriş əldə edib.

“Palçıq Vulkanları Turizm Kompleksi” də turistlərin böyük marağına səbəb olub. Hesabat dövründə kompleksi 10 396 əcnəbi, 2 270 yerli, 2 276 ödənişsiz ziyarətçi gəlib görüb. Kompleksə giriş biletlərinin qiyməti yerli turistlər üçün 5 manat, xaricilər üçün 15 manatdır. Müvafiq güzəştli kateqoriyalara isə giriş ödənişsizdir.

Digər obyektlərə gəldikdə isə:

“Kiş” Tarix-Memarlıq Qoruğu: 4 294 yerli, 4 572 əcnəbi, 1 713 ödənişsiz

“Diri Baba” türbəsi: 3 115 yerli, 4 359 əcnəbi, 3 378 ödənişsiz

“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu: 876 yerli, 87 əcnəbi, 280 ödənişsiz

“Lahıc” Tarix-Diyarşünaslıq Muzeyi: 341 yerli, 146 əcnəbi, 249 ödənişsiz

Şəki Dövlət Rəsm Qalereyası: 607 yerli, 237 əcnəbi, 483 ödənişsiz

Ziyarətçi axınının xüsusilə mart və aprel aylarında intensivləşdiyi müşahidə olunur. Məsələn, təkcə apreldə qoruqlara və mədəniyyət müəssisələrinə 85 408 əcnəbi, 12 163 yerli, 12 687 ödənişsiz şəxs baş çəkib.

Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki müəssisələrdə bilet qiymətləri müxtəlifdir. Yerli vətəndaşlar üçün bilet qiymətləri adətən 1-5 manat arasında dəyişir, tələbələrə isə güzəştli tariflər tətbiq olunur. Xarici turistlər üçün giriş qiymətləri əsasən 9 manatdan başlayır. Əlilliyi olan şəxslər, məktəblilər, qazilər, müharibə veteranları və şəhid ailəsi üzvləri isə qoruqlara ödənişsiz daxil ola bilirlər. 12 yaşa qədər xarici turistlərə də giriş pulsuzdur.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://missiya.az
archiveBu xəbər 14 May 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri