Icma.az
close
up
RU
Azərbaycanda 4 cü “Vyetnam günləri” keçirilir

Azərbaycanda 4 cü “Vyetnam günləri” keçirilir

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Azərbaycan ilə Vyetnam xalqları arasında dostluğun möhkəmlənməsinə töhfə vermək, eləcə də Vyetnam mədəniyyətini Azərbaycanda daha geniş tanıtmaq məqsədilə ölkəmizdə 4-cü dəfə “Vyetnam günləri” keçirilir.

525.az xəbər verir ki, Vyetnamın Prezidenti Ho Şi Minin Azərbaycana 1959-cu ildə səfəri ilə başlanan əlaqələrin 67-ci ildönümü və iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin birinci ildönümünə həsr olunan "Vyetnam günləri – 2026" çərçivəsində iyulun 29-dan avqustun 2-dək müxtəlif tədbirlər keçiriləcək. Builki tədbirlərdə Vyetnamın ictimai xadimləri ilə Hanoy Musiqi Akademiyasının rəhbərliyi və geniş tərkibli musiqiçi heyəti Bakı ilə yanaşı, Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak edir. Yaxın gələcəkdə Qəbələnin Vyetnamın aparıcı turizm bölgəsi olan Na Çanqla qardaşlaşması, habelə Vyetnamda Qəbələ Musiqi Festivalının təşviq tədbirləri nəzərdə tutulub. “Vyetnam günləri” çərçivəsində Vyetnamdan gələn nümayəndə heyətinin iştirakı ilə təhsil, mədəniyyət, turizm, innovasiya və kino sahələrini əhatə edən çoxsaylı görüşlər, mədəni tədbirlər və rəsmi ziyarətlər təşkil olunacaq.

İyulun 29-da Vyetnam nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ulu Öndər Heydər Əliyevin abidəsini və Prezident Ho Şi Min otağını ziyarət edib. Həmçinin Azərbaycan Dövlət İqtisad Universitetində ikitərəfli əməkdaşlıq perspektivlərinə dair görüş keçirilib.

Səfər çərçivəsində Bakı Dövlət Universitetində Vyetnam incəsənət ustalarının çıxışı da olacaq. Bu ali təhsil ocaqları ilə əməkdaşlıq Vyetnam tərəfi üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, sovet dövründə Azərbaycanda təhsil almış vyetnamlıların əksəriyyəti məhz sözügedən təhsil ocaqlarında oxuyublar.

Səfər çərçivəsində Vyetnam nümayəndə heyətinin Azərbaycan Turizm Bürosunda, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində görüşləri nəzərdə tutulub. Azərbaycan Kinosu Gününə həsr olunan tədbirdə Vyetnam kino sahəsinin rəhbərlərinin iştirakı ilə mərhum kinorejissor Əjdər İbrahimovun Vyetnamla bağlı kitabının təqdimatı olacaq.

Avqustun 1-də Bakının tarixi simvolu olan İçərişəhərdə "Vyetnam günləri" çərçivəsində açıq havada geniş mədəni proqram təşkil olunacaq. Tədbirdə Vyetnamın milli musiqisi, rəqsləri və incəsənət nümunələri təqdim ediləcək.

Qeyd edək ki, “Vyetnam günləri” ölkəmizin Vyetnamdakı səfirliyinin təşkilatçılığı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Vyetnam Milli Akademiyasının və Vyetnam şirkətlərinin dəstəyi ilə keçirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://525.az
archiveBu xəbər 30 İyul 2026 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see267

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see263

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see262

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see254

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see252

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see248

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see240

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see235

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see230

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see223

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see222

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see220

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see215

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see205

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see205

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see204

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see197

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see183

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see180

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri