Icma.az
close
up
RU
Azərbaycanda 4 nazirlikdə struktur və kadr islahatları aparılmalıdır

Azərbaycanda 4 nazirlikdə struktur və kadr islahatları aparılmalıdır

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Azərbaycanda 4 nazirlikdə təxirəsalınmadan struktur və kadr islahatları aparılmalıdır.
1. Kənd Təsərrüfatı Nazirliyi

Bu nazirliyin rəhbərliyində bir nəfər də olsun aidiyyatı üzrə ixtisaslı kadr yoxdur. Nazir Məcnun Məmmədov mühasibdir, nazir müavini İlhamə Qədimova hüquqşünasdır, nazir müavini Elçin Zeynalov neftçidir, digər müavini Sarvan Cəfərov politoloqdur. Göründüyü kimi adı sadalananların heç biri kənd təsərrüfatı mütəxəssisi deyillər və ölkənin də ən strateji sahəsi olan aqrar sahəyə rəhbərliyi qətiyyən yol verilməzdir.
2. Azərbaycan Elm və Təhsil Nazirliyi
Nazir Emin Əmrullayev Dövlət idarəçiyi üzrə mütəxəssisdir. Nazir müavini Firudin Qurbanov iqtisadçıdır, nazir müavini İdris İsayev iqtisadçıdır, maliyyə mütəxəssisidir. Nazir müavini Həsən Həsənli siyasət sahəsi üzrə mütəxəssisdir.Nazir müavini Şakir Kərimzadə iqtisadçıdır, maliyyə kredit mütəxəssisidir. Bu nazirlikdə də pedaqoji və təhsillə bağlı ixtisaslı mütəxəssis yoxdur. Təhsilə maliyyə, biznes strukturu kimi yanaşmaq ölkənin gələcəyini məhvə aparır.
3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Nazir Anar Əliyev hüquqşünasdır. Yaxşı vəkil, hakim, prokuror, hüquq mühafizə orqanlarının əməkdaşı ola bilərdi. Nazir müavini Vüsal Nəsirli, bələdiyyə idarəetmə mütəxəssisidir. Nazir müavini Hidayət Abdullayev biznesin idarəedilməsi ixtisasını bitirib. Nazir müavini Anar Bayramov həkimdir. Nazir müavini Rəşad Mustafayev fəaliyyəti dayandırılan Təfəkkür Universitetindən hüquq diplomu alıb. Bu nazirlikdə neqativ hal ondan ibarətdir ki, rəhbərlikdə təmsil olunanların heç birinin aidiyyatı üzrə təcrübəsi və səriştəsi yoxdur.
4 Səhiyyə Nazirliyi
Nazir Teymur Musayev həkimdir. Nazir müavini İlqar Qasımov həkimdir. Nazir müavini Rasim İsmayılov maliyyəçidir. Nazir müavini Nadir Zeynalov həkimdir. Ancaq həmin şəxslər birini çıxmaqla səhiyyə tibb mütəxəssisləri olsalar da nazirliyi biznes strukturu, şəxsi obyekt kimi idarə edirlər. Səhiyyə tamamilə bərbad günə salınıb, korrupsiya, rüşvət yuvasına çevrilib.
Digər sahələrdə və nazirliklərdə də fundamental reformların aparılması qaçınılmazdır. Ancaq toxunduğum nazirliklər ölkənin sosial və iqtisadi vəziyyətinə birbaşa təsir etdiyindən sosial gərginliyi və ictimai qəzəbi körükləyən faktora çevrilirlər. Odur ki, bu sahələrə həssas və diqqətlə yanaşılmalıdır.
Əli Orucov, siyasi şərhçi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:272
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 11 Noyabr 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri