Azərbaycanda 5000 dən çox Türkiyə şirkəti fəaliyyət göstərir
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda 5000-dən çox Türkiyə kapitallı şirkət fəaliyyət göstərir.
Modern.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi”nin 6-cı ümumi yığıncağında çıxışı zamanı deyib.
“Ölkələrimiz arasında ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların həcmi hər il artır. Belə ki, enerji, nəqliyyat, tikinti, kənd təsərrüfatı, müdafiə sənayesi, texnologiya kimi geniş sahələri əhatə edən layihələr hər iki ölkənin inkişafına ortaq zəmin yaradır”, - deyə səfir qeyd edib.
Birol Akgün vurğulayıb ki, Azərbaycanda yaşayan 25 mindən çox Türkiyə vətəndaşı iki ölkə arasındakı ticarət əlaqələrinin inkişafına mühüm töhfə verir: “Türkiyədə isə 100 minə yaxın azərbaycanlı yaşayır ki, onların da iqtisadi əməkdaşlığın möhkəmləndirilməsində rolu əvəzsizdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 30 May 2025 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















