Icma.az
close
up
RU
Azərbaycanda 6 ayda 173 orqan köçürüldü: Donora ehtyacı olanlar mütləq OXUSUN

Azərbaycanda 6 ayda 173 orqan köçürüldü: Donora ehtyacı olanlar mütləq OXUSUN

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2025-ci ilin ilk altı ayı ərzində Azərbaycanda orqan transplantasiyası sahəsində mühüm nəticələr əldə olunub. Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin məlumatına görə, yanvar-iyun aylarında ölkə üzrə ümumilikdə 173 orqan transplantasiyası əməliyyatı uğurla icra edilib. Bu əməliyyatlar həm canlı, həm də meyit donorlardan əldə edilən orqanlar vasitəsilə həyata keçirilib. Statistika göstərir ki, orqan köçürülməsi sahəsində fəaliyyət genişlənməkdədir və xüsusilə meyit donorluğu istiqamətində irəliləyişlər müşahidə olunur.

Məsələ ilə bağlı News24.az-a açıqlama verən tanınmış onkoloq-həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, orqan transplantasiyası sisteminin davamlı və uğurlu fəaliyyəti üçün ölkə üzrə vahid və işlək səhiyyə sistemi və donor bankı qurulmalıdır:

“Dünyanın hər yerində səhiyyə bütün ölkə boyu bir sistem şəklini almasa, bu cür əməliyyatların uğurundan danışmaq olmaz. Ortada bir donor bankı olmadıqda biz bunu xüsusi uğur saya bilmərik”.

Professorun sözlərinə görə, hazırda donor mənbəyi əsasən beyin ölümü keçirmiş şəxslər və yaxın qohumlar hesabına formalaşır:

“Düzdür, beyin ölümü keçirmiş şəxslər hüquqi baxımdan meyit sayılmasa da, onların geri dönüşü olmur. Amma onlardan orqan götürmək asan deyil. Çünki belə şəxslərin əksəriyyəti gənc olur və yaxınları onların orqanlarının alınmasına etiraz edirlər. Cəmiyyət bu məsələdə daha anlayışlı və həssas yanaşmalıdır”.

Adil Qeybulla hesab edir ki, Azərbaycanda orqan donorluğu və transplantasiyası sahəsində sistem yenilənməli, mövcud strukturlar isə daha effektiv şəkildə təşkil olunmalıdır:

“Bizdə bu işlə məşğul olan şəxslər və klinikalar var, sadəcə işi düzgün qurmaq lazımdır. Cəmiyyət də başa düşməlidir ki, həyatını itirən insan başqa birinə həyat bəxş edə bilər”.

Aqil Qarayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://news24.az
archiveBu xəbər 21 İyul 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri