Azərbaycanda 6 min ödəyib Həccə getmək istəyənlərin sayı niyə azalıb? QMİ dən CAVAB
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Həcc ziyarətinə getmək üçün sənəd qəbulunun müddəti aprelin ortalarına kimi uzadılıb.
Bu isə ziyarətə gedənlərin sayında ciddi azalma olduğu barədə məlumatlara səbəb olub.
Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc Elektron sisteminin rəhbəri Vüsal Cahangiri “Cebheinfo.az”-a bildirib ki, səbəb fərqlidir:
“Ölkədə 12 gün bayram oldu. Sənəd qəbulu bayram günlərinə düşdüyünə görə yerlərin dolması üçün vaxt uzadıldı. Hazırda 10 faiz yer qalıb”.
Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.
Tələb olunan sənədlər:
Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);
Şəxsiyyət vəsiqəsinin surəti;
5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
Sağlamlıq haqqında arayış.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər: Həccə getmək şöbə müdiri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 01 Aprel 2025 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















