Icma.az
close
up
RU
Azərbaycanda 6 uşaq anasının ürəyi 45 DƏQİQƏ DAYANDI Həkimlər belə xials etdi ANBAAN VİDEO

Azərbaycanda 6 uşaq anasının ürəyi 45 DƏQİQƏ DAYANDI Həkimlər belə xials etdi ANBAAN VİDEO

Icma.az xəbər verir, Sitat.info saytına əsaslanaraq.

Azərbaycanda həkim ürəyi dayanan pasiyenti 45 dəqiqə sonra həyata qaytara bilib.

Sitat.info xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilib.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan şəxs 45 dəqiqəlik mübarizədən - qapalı ürək masajı, inotrop dəstək, tənəffüs yollarının intubasiyası və süni ventilyasiya tətbiqindən sonra yenidən həyata qayıtarılıb.

Reanimasiya şöbəsində həkimin israrla reanimasiya tədbirlərini davam etdirməsi və ürək masajını dayandırmaması nəticəsində pasiyentin ürək fəaliyyəti yenidən bərpa olub.

Tibb müəssisəsinə 19.11.2025-ci il tarixində hospitalizasiya olunan 1988-ci il təvəllüdlü şəxsə (qadın) xroniki kalkulyoz xolesistit, xoledoxolitiaz, mexaniki sarılıq diaqnozları təyin olunub və zəruri tibbi müayinələrdən keçib. Daha sonra pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub və müvafiq şöbədə müalicəsi davam etdirilib. Ancaq 25.11.2025-ci il tarixində, saat 13:50 radələrində palatada 37 yaşlı pasiyentin qəfil vəziyyəti pisləşib və kəskin ağciyər çatışmazlığı fonunda kardiyak arrest baş verib. Dərhal tibbi müdaxilələrə başlayan həkim son anadək mübarizə aparıb və nəticədə onun həyatını xilas edə bilib. Daha sonra pasiyentə Reanimasiya şöbəsində respirator və hemodinamik dəstək davam etdirilib.

Bir müddət nəzarətdə saxlanılan pasiyentin vəziyyətində mərhələli klinik yaxşılaşma müşahidə olunub, həyati təhlükə riski aradan qaldırılıb və ümumi vəziyyəti stabil qiymətləndirilib.

Qeyd edək ki, 6 uşaq anası olan pasiyent artıq ambulator müalicə üçün evə buraxılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://sitat.info
archiveBu xəbər 13 Dekabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see305

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see274

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see211

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see188

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see160

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see156

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see154

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see153

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri