Azərbaycanda 8 ayda sərnişin sayı bu qədər artıb STATİSTİKA
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
2026-cı ilin yanvar–avqust aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının həcmi 1 milyard 339 milyon nəfəri ötüb.
Avtosfer.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,8 faiz artıb.
Hesabat dövründə avtobuslarla 1 milyard 281 milyon 95,7 min sərnişin daşınıb. Bu, illik müqayisədə 11 faiz çoxdur. Taksi xidmətlərindən isə 58 milyon 204,7 min sərnişin istifadə edib ki, bu da 6,9 faiz artım deməkdir.
Digər nəqliyyat növləri üzrə də artım qeydə alınıb. Dəmir yolu ilə sərnişin daşınması 18 faiz artaraq 7 milyon 329 min nəfər, hava nəqliyyatı ilə daşınma isə 6,2 faiz artaraq 2 milyon 889,2 min nəfər təşkil edib.
Dəniz nəqliyyatı ilə 19 min sərnişin daşınıb və bu göstərici 10,5 faiz artıb.
Metro nəqliyyatında isə əksinə, 0,7 faiz azalma qeydə alınıb. Yanvar–avqust aylarında metrodan 141 milyon 587,2 min sərnişin istifadə edib.
Eltac
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 23 Sentyabr 2026 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















