Azərbaycanda ABŞ şirkətinin enerji sektoruna töhfəsi müzakirə olunub
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanda ABŞ şirkəti olan "Baker Hughes"in ölkənin enerji sektorunun inkişafına verdiyi töhfə müzakirə olunub.
525.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
ABŞ-nin müvəqqəti işlər vəkili Emi Karlon, Dövlət Departamentinin baş məsləhətçisi Rebeka Neff və Ticarət və İnkişaf Agentliyinin (USTDA) ölkə üzrə direktoru Sara Leminq şirkətin müəssisəsinə baş çəkiblər.
"Onlar Azərbaycanın enerji sektorunun dəstəklənməsində "Baker Hughes" kimi ABŞ şirkətlərinin mühüm rolunu müzakirə etmək üçün ölkə üzrə direktor Yanis Levjinski və şirkət rəhbərliyi ilə görüşüblər. "Baker Hughes" Azərbaycanda 300 nəfərin məşğulluğunu təmin edir, enerji və sənaye sahələri üçün iri avadanlıq, xidmət və texnologiya təchizatçısıdır", - məlumatda bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 20 Aprel 2026 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















