Azərbaycanda AĞIR QƏZA Ata öldü, qızı və nəvələri yaralandı
Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Neftçala rayonunda minik avtomobili ilə motosiklet toqquşub.
“Qafqazinfo” xəbər verir ki, hadisə Neftçala şəhər M.Ə.Sabir küçəsində baş verib.
2005-ci il təvəllüdlü Əliəkbər Hüseynovun idarə etdiyi “Changan” markalı avtomobillə 1960-cı il təvəllüdlü Ağasəf Mirzəyevin sürdüyü motosiklet toqquşub, nəticədə A. Mirzəyev həlak olub.
Motosikletdə olan sərnişinlər - Ağasəf Mirzəyevin qızı 1986-cı il təvəllüdlü Günel İbrahimova, onun övladları - 2010-cu il təvəllüdlü Natiq, 2010-cu il təvəllüdlü Yəhya və 2008-ci il təvəllüdlü Ləman isə müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

Ağır qəza Ata öldü, qızı və nəvələri yaralandı
23 Noyabr 2024 10:17
Şəkidə AĞIR QƏZA: ata öldü, oğlu yaralandı
22 Aprel 2025 08:01
Neftçalada faciə: Ata öldü, qızı və nəvələri yaralandı
23 Noyabr 2024 10:20
İmişlidə AĞIR QƏZA Ata və oğlu öldü
15 Noyabr 2024 21:12
Ailə qəzaya düşdü Ata öldü, qızı və nəvələri yaralandı
23 Noyabr 2024 19:42

