Azərbaycanda ailə həkimi informasiya sisteminin yaradılmasına başlanılıb
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 30 yanvar, AZƏRTAC
Ailə həkimi informasiya sisteminin yaradılmasına başlamışıq. Sistemin təxminən cari ilin iyununda hazır olması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev yanvarın 30-da Milli Məclisdə keçirilən "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə deyib.
İsa Əliyev bildirib: “Səhiyyə Nazirliyi ilə birlikdə kadr məsələlərinin həlli istiqamətində işlər gedir. Həkimlərin Təkmilləşdirilməsi İnstitutu ilə bağlı müəyyən işlərin görülməsinə ehtiyac var. Çünki bizim həkimlər terapevtlər, pediatrlardır. Onların ailə həkimi kimi təkmilləşmələrinə ehtiyac var. Həkimlərin Təkmilləşdirilməsi İnstitutunda Ailə həkimi kafedrası və ixtisası var. Onların proqramı Ümumdünya Səhiyyə Təşkilatı ilə müqayisə edilib və məqbul hesab olunub”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 30 Yanvar 2025 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















