Icma.az
close
up
RU
Azərbaycanda aktyorlar çəkildikləri işlərə görə nə qədər pul alırlar?

Azərbaycanda aktyorlar çəkildikləri işlərə görə nə qədər pul alırlar?

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illər yerli kino sənayesində çəkilən müxtəlif janrlı ekran işləri tamaşçılar tərəfindən yetəri qədər sevilərək izlənilir və çox bəyənilir. Lakin film və serialların çəkilişi xeyli zəhmət, əmək və böyük büdcə hesabına formalaşır. Xarici ölkələrdən fərqli olaraq bu gün Azərbaycan seqmentində ekran işlərinin büdcəsi və ona xərclənən maliyyə açıqlanmır. Film sektorumuza diqqətlə nəzər salsaq, xarici aktyorlar kimi bəzi azərbaycanlı aktyorların da kifayət qədər yaxşı işlər ortaya qoyduğunu görmüş olarıq. Lakin onların aldığı qonorarlar ya ümumiyyətlə açıqlanmır ya da bunun çox kiçik məbləğ olduğu bildirilir. Bəs bunun səbəbi nədir? Problemin kökü nədən qaynaqlanır?

Mövzu ilə bağlı BAKU.WS-ə açıqlama verən aktyor, prodüser və rejissor Elməddin Cəfərov bildirib ki, Azərbaycanda seriallara vergi tətbiq edilir. Nəticədə büdcənin imkanları azalır, buna görə də aktyora çox az qonorar ödənilir:

"Serial sektorunun inkişafı üşün yaxşı nələrsə var və biz də onu xarici ölkələrdən götürə bilərik. Məsələn: elə qonşu ölkələrdə serial sektorunu vergidən azad ediblər. Bu da həmin sahənin və o səhədə çalışanların inkişafına çox müsbət təsir göstərib. Biz də isə serial vergidən azad olunmayıb və bu səbəbdən sən aktyorun qonorarını, keyfiyyətini yox, məcbur verginin pulunu çıxarıb ödəyirsən. Birinci maneə elə odur. Dövlət film və serial çəkmək üçün pul verməməlidir. Amma vergidən azad etməlidir, necə ki, bunu bütün ölkələr də edir. Aktyorun alacağı qonorar büdcəyə bağlı olan bir şeydir. Büdcənin üçdə biri vergiyə gedir, qalan üçdə ikisi isə texniki xərclər və aktyorun qonorarı olur. Bu səbəbdən də Azərbaycanda aktyorlar çox böyük qonorarlar ala bilmirlər".

Elməddin Cəfərov onu da qeyd edib ki, Azərbaycanda gündəlik olaraq yayımlanan serialların bir bölümünün büdcəsi 3000-4000 AZN aralığında dəyişir:

""Bacanaqlar" serialının vaxtında vergi o qədər də çox deyildi. Bir bölüm ən yaxşı halda 4000-5000 AZN-ə başa gəlirdi. Ona görə də 10 il yayımlandı. İndi də gündəlik çəkilən serialların bir bölümünün büdcəsi 3000-4000 AZN aralığında dəyişir. Lakin "İTV" kanalının və dövlət sifarişli olanda orada dövlət dəstəyi var deyə serialın bir bölümü 10 000 -15 000 AZN-ə başa gəlir".

Mövzu ilə bağlı BAKU.WS-ə danışan aktyor, rejissor, senari müəllifi Kənan Mahmudov isə bildirib ki, bu gün ölkədə sadəcə "İTV" kanalında yayımlanan seriallara çəkilən aktyorlar yüksək qonorar alırlar. Bunun səbəbi də həmin ekran işlərinin böyük büdcəyə malik olmasıdır:

""İTV" kanalının seriallarında çəkilən aktyorlar eləcə də rejissorlar başqa kanallarda yayımlanan seriallardakı akyor və resjissorlardan daha çox qonorar alırlar. Buna səbəb isə həmin ekran işlərinə dövlət dəstəyinin çox olmasıdır. Bəzən istedadlı olmaq yetmir. Dəstək olmasa qabağa getmək mümkün deyil. Digər kanallar isə öz reklam büdcələri hesabına film və seriallara pul ödəyirlər. "İTV"yə dövlət dəstəyi olduğundan orada seriallar 250 000 -300 000 AZN-ə başa gəlir. Bununda yaxşı nəticəsini və keyfiyyətini görmək mümkün olur. Digər kanallarda isə büdcə çox az olur".

Kənan Mahmudov indiyə qədər aldığı ən yüksək qonorarın ona Türkiyədə verildiyini bildirib. Sənətçi orada filmə çəkilən zaman 5000 AZN qonorar əldə edib.

Rejissor Elvin Rüstəmzadə BAKU.WS-ə açıqlamasında bildirib ki, bu gün Azərbaycanda normal serialın büdcəsi 200 000 -300 000 AZN-dir:

"Azərbaycanda rejissorlar "production"larla işləyir. Televiziya kanalı hansısa "Production"a sifariş verir. Bundan sonra kanalla o "production" arasında pul köçürmələri olur. Rejissorlar da birbaşa productionlarla işləyir. Azərbaycanda bir serialı ərsəyə gətirmək 200 000 -300 000 AZN-ə başa gəlir. Burada serial əsasən 10-12 bölümdən ibarət olur".

Xarici ölkələrdə aktyora verilən qonorar rol aldığı serialın bir bölümünə görə hesablanır. Azərbaycanda isə bəzən ekran işlərində çəkilən aktyorların qonorarı maaş sistemi ilə hesablanır. Bu barədə aktrisa Ülviyyə Xəlilbəyli BAKU.WS-ə açıqlamasında bildirib:

"Bildiyiniz kimi bizim kino sektorunda qonorar o qədər də çox deyil. Sadəcə gərək bu işi sevəsən. Bu sənətə sevgin olmasa bu qonorara heç kimi işləmək istəməz. Etiraf edim ki, bəzən çox az qonorara çəkildiyim vaxtlar da olub. Hazırda isə rol aldığım serialda bölüm başına qonorar sistemi deyil, maaş sistemidir (Xəyanət serialı) Burada minimum maaş isə 600 AZN-dir".

Mövzu ilə bağlı BAKU.WS-ə danışan aktyor və senari müəllifi Taleh Yüzbəyov isə bu günə qədər aldığı ən az və ən çox qonorarın məbləğini açıqlayıb:

"Bu elə mövzudur ki, burada konkret məbləğ yoxdur. Bu səbəbdən rəqəm demək çətindir. Elə olub ki, ekran işlərinə pul almadan çəkilmişəm. Elə olub ki, 100-300 AZN qonorar almışam. Burada az və ya çox limiti yoxdur. Bəzən 2500-3000 AZN qonorar aldığım ekran işləri də olub. Lakin nə yalan deyim, 20 000 və ya 30 000 AZN civarında qonorarım olmayıb".

Aktyor, rejissor, prodüser Cövdət Şükürov isə BAKU.WS-ə bildirib ki, reytinq və yaxşı nəticə verən aktyorun qonorarı həmişə yaxşıdır:

"Bu gün Azərbaycanın film və serial bazarı kiçik olsa da, təqdim edilən gözəl ekran əsərləri var. Biz də rejissor və layihə rəhbəri olaraq bəlli büdcələr var, o büdcə ilə işləyirik. Azərbaycanda istedadlı, yaxşı nəticə və reytinq verən peşəkar aktyorun qonorarı da yaxşıdır".

Rejissor, prodüser Faiq Sahib isə BAKU.WS-ə açıqlamasında son çəkdiyi filmlərə təxminən 80 000 AZN pul xərclədiyini deyib. O yerli aktyorların filmlərə və seriallara 3000-10 000 AZN qonorara çəkildiyini vurğulayıb:

"Çəkdiyim "Ülkər" filminə 74 000 AZN, sonuncu "Vitamin" filminə isə 83 000 AZN pul xərcləmişəm. Rejissoru olduğum və 14 bölümdən ibarət olan "Aldanmış hisslər" serialının hər bölümünə 6000 AZN xərc çəkilib. Bu gün aktyorlar arasında 3000-5000-10 000 AZN qonorar alanları var. Lakin daha yüksək qonorar tələb edən aktyorlarımız da var. Məsələn: mən Xalq artisti Məleykə Əsədovanı bir filmə çəkmək istədim. Ekran işinə çəkilmək üçün 30 000 AZN qonorar istədi".

Prodüser və aktyor Məcid Hüseynov isə BAKU.WS-ə açıqlamasında "HOZU cangüdən" adlı komediya filminin büdcəsinin 200 000 AZN-dən çox olduğunu açıqlamışdı.

"Filmdə 25-dən çox aktyor rol alıb. Ekran işi 8 ay ərzində çəkildi. Filmin büdcəsi 200 000 AZN-dən çoxdur" -deyə o qeyd etmişdi.

Reytinqli "Uzak Şehir" serialının baş rol aktyorları Ozan Akbaba və Sinem Ünsal isə hər bölümdən 23 520 AZN qonorar alırlar.

Rusiyada da aktyorların qonorarları bizim aktyorlardan qat-qat çoxdur. Məsələn Rusiyanın Xalq artisti Oleq Menşikov gün ərzində baş tutan 10-12 saatlıq çəkilişdən 168 525 AZN qazanır. Aktyor Danila Kozlovski bir günə 22 470 AZN, aktyor Sergey Burunov isə 26 964 AZN qonorar əldə edir.

Seriallara gəldikdə isə hazırda Azərbaycanda ən yaxşı və baxımlı bir serialın büdcəsi (10-12 bölüm serial) təxminən 250 000-300 000 AZN təşkil edir. Elə yuxarıda adını çəkdiyimiz Türkiyənin "A.B.İ" serialının sadəcə bir bölümü isə 1 372 000 AZN-ə başa gəlir. "Uzak Şehir" serialının bir bölümü 1 058 400 AZN-ə çəkilir.

Rusiyada da serial büdcəsi olduqca yüksəkdir. Əldə etdiyimiz məlumatlara görə, qonşu ölkədə serialın bir bölümünün qiyməti 340 000 AZN və 680 000 AZN arasında dəyişir.

Azərbaycanda bir filmin büdcəsi 80 000 AZN- 200 0000 AZN aralığındadır. Bu Türkiyə film bazarında 417 519 AZN və 30 milyon AZN, Rusiyada isə 112 350 AZN - 4 494 000 AZN təşkil edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:30
embedMənbə:https://baku.ws
archiveBu xəbər 26 Yanvar 2026 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri