Icma.az
close
up
RU
Azərbaycanda alimlərin aldığı maaş…

Azərbaycanda alimlərin aldığı maaş…

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Azərbaycanda Elm günüdür. Elm gününün qeyd olunması bütün ölkə üzrə elm sahəsində fəaliyyət göstərən alim və mütəxəssisləri bir araya gətirməklə yanaşı, həm də əldə olunan elmi nailiyyətləri ictimaiyyətə təqdim etməyə, çatışmazlıqları geniş şəkildə müzakirə etməyə və problemlərin həlli ətrafında birləşməyə imkan verir.

Gununsesi.info Modern.az-a istinadən xəbər verir ki, 2025-ci il dövlət büdcəsində elm sahəsinə ayrılan xərclər 244,4 milyon manat olaraq nəzərdə tutulub. Bu rəqəm əvvəlki illə müqayisədə 3,5 faiz artım deməkdir.

Bu ilin yanvar ayında AMEA Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb.

Artımdan sonra AMEA Prezidentinin maaşı 4079 manata çatıb. AMEA-nın 1-ci vitse-prezidenti 2824, vitse-prezidenti, akademik katibi 2611 manat maaş alır. Digər işçilərin maaşları aşağıdakı kimidir:

Sıra

№-si

Vəzifələrin adı Aylıq vəzifə maaşı

(manatla)

1. AMEA-nın prezidenti 4079 2. AMEA-nın 1-ci vitse-prezidenti 2824 3. AMEA-nın vitse-prezidenti, akademik katibi 2611 4. AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi bölmələrin akademik katibləri, müşavirləri, AMEA-nın prezidentinin müşaviri, katibliyin rəisi, AMEA-nın Gəncə bölməsinin akademik-katibi 1952 5. İdarə rəisi 1888 6. AMEA-nın Rəyasət Heyətinin elmi katibi, AMEA-nın və AMEA-nın Gəncə bölməsinin aparatında: əsas şöbənin rəisi, işlər müdiri, idarə rəisinin müavini 1825 7. İdarənin tərkibində şöbənin rəisi, baş mühasib, əsas şöbə rəisinin müavini, AMEA-nın elmi bölməsinin katibi, AMEA-nın Gəncə bölməsinin elmi katibi, AMEA-nın prezidentinin köməkçisi, AMEA-nın akademik-katibinin köməkçisi 1555 8. Qeyri-əsas şöbənin rəisi, sektor müdiri 1135 9. Qeyri-əsas şöbə rəisinin müavini, AMEA-nın vitse-prezidentinin köməkçisi 1072 10. Baş mütəxəssis, mülki müdafiə qərargahının rəisi, qaraj müdiri 999 11. Aparıcı mütəxəssis 905 12. Mütəxəssis 826

Qeyd edək ki, bir müddət əvvəl Nazirlər Kabinetinin qərarı ilə AMEA-nın Naxçıvan bölməsinin Aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb. Qərara əsasən bölmənin sədrinin maaşı 2611 manat olub.

Elmlər Akademiyasında çalışan alimlərin maaşları isə tam açıqlanmayıb. Ötən ilin sonlarında Milli Məclisdə bildirilib ki, Elmlər Akademiyasında çalışan alimlərimizin tarif cədvəli üzrə maaşlarından vergilər çıxıldıqdan sonra kiçik elmi işçi 420 manat, elmi işçi 453 manat, böyük elmi işçi 489 manat, aparıcı elmi işçi 527 manat, baş elmi işçi və şöbə müdiri 576 manat məvacib alır.

Həmçinin fəlsəfə doktoruna elmi rəhbərlik edən alimə verilən məvacib aylıq 23-24 manat civarındadır.

Bundan başqa, son illərdə bir neçə dəfə ölkədə təxminən maaşlar 10-20 faiz artırılıb. Bu artımlar Elmlər Akademiyasının Rəyasət Heyətinə şamil edilsə də, institutlara şamil edilməyib. Nəticədə, Rəyasət Heyətində çalışan adi mütəxəssis institutlardakı elmlər doktoru, professor, şöbə müdirindən yuxarı maaş alır.

2025-ci il büdcə layihəsinə görə ortaaylıq əməkhaqqının cari illə müqayisədə 90,1 manat artırılaraq 1080,1 manata çatdırılması proqnozlaşdırılır. Bu da Elmlər Akademiyasında çalışan alimlərimizin aldığı məvacib orta aylıq əməkhaqqından təxminən 2 dəfə aşağı olduğunu göstərir.

Müşahidələr onu da deməyə əsas verir ki, fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələrinə görə verilən müvafiq olaraq 60 və 100 manat məbləğ 2017-ci ildən sonra son 8 ildə artırılmayıb.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:329
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 Mart 2025 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri