Icma.az
close
up
RU
Azərbaycanda alternativ avtomobil bazarı ora üz tutmağa dəyərmi? ARAŞDIRMA

Azərbaycanda alternativ avtomobil bazarı ora üz tutmağa dəyərmi? ARAŞDIRMA

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Uzun illərdir ki, Azərbaycanda dövlət qurumlarının balansında olan avtomobillər qanunvericiliyə uyğun olaraq açıq hərrac vasitəsilə satışa çıxarılır. Nəqliyyat vasitələrinin satışını İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) həyata keçirir. Bununla da, ölkədə faktiki olaraq alternetiv avtomobil bazarı formalaşıb. Təkcə bu ilin 4 ayında bu bazarda 324 nəqliyyat vasitəsi satılıb. 2020-2024-cü illərdə isə 2 043 avtomobil hərrac yolu ilə özəlləşdirilib. Rəsmi məlumata əsasən, hərracların demək olar ki, hamısı rəqabətli keçir - maşınların çoxu ilkin satış qiymətindən baha satılır.

Bəs dövlətin satdığı maşınları almaq nə dərəcədə sərfəlidir? Bu bazara üz tutmağa dəyərmi?

Avtosfer.az xəbər verir ki, "Report" bununla bağlı araşdırma aparıb.

İstismar müddəti bitmiş avtomobillər balansdan çıxarılır

ƏMDX-dan bildirilib ki, dövlət müəssisələrinə verilmiş daşınar əmlak – o cümlədən nəqliyyat vasitələri – yalnız nizamnamə məqsədlərinə uyğun istifadə oluna bilər. Əgər avtomobilin istismar müddəti başa çatıbsa, texniki baxımdan yararsız hala düşübsə, yaxud ona ehtiyac qalmayıbsa, həmin nəqliyyat vasitələrinin balansdan silinməsi üçün Dövlət Xidmətinə müraciət olunur. Balansdan çıxarılması təklif edilən avtomobillər əvvəlcə baxış aktı əsasında qiymətləndirilir. Əgər texniki vəziyyətinə görə istifadəyə və yaxud satışa yararlı hesab olunursa, bu nəqliyyat vasitələri açıq hərrac vasitəsilə satışa çıxarılır. Texniki göstəricilər, işlək vəziyyəti, ehtiyat hissələrinin durumu və digər meyarlar nəzərə alınaraq, avtomobilin istifadəyə yararlılığını komissiya təsdiqləyir. Avtomobillər satışa çıxarılmazdan əvvəl müstəqil qiymətləndiricilər onarın bazar dəyərini müəyyən edir. Bu proses “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq baş tutur.

"Bu maşınların texniki vəziyyəti adətən qənaətbəxş olur"

"Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) İctimai Birliyinin İdarə Heyətinin sədri Eyyub Əliyev isə deyir ki, hərraca çıxarılan dövlət avtomobillərinə müntəzəm texniki qulluq göstərilmiş olur:

“Bu avtomobillər istehsalçının təlimatlarına və servis reqlamentlərinə uyğun olaraq vaxtında texniki xidmətlərdən keçib. Doğrudur, əksəriyyətində yürüş yüksək olur, lakin texniki vəziyyətləri adətən qənaətbəxş olur. Ən önəmlisi isə odur ki, bu avtomobillər bazar qiymətindən daha aşağı qiymətə satışa çıxarılır və əhalinin aşağı gəlirli təbəqəsi üçün əlverişli imkan yaradır”.

Onun sözlərinə görə, hərraclar zamanı avtomobilin texniki göstəriciləri barədə iştirakçılara ətraflı məlumat verilir:

“Bu, küçədən kor-koranə maşın almaqdan fərqli olaraq şəffaf prosesdir. Üstəlik, yeni biznesə başlayan, az investisiya ilə fəaliyyətə başlamaq istəyən şəxslər üçün – məsələn, yükdaşıma və yaxud kommersiya məqsədli avtomobil axtaranlar üçün də bu hərraclar əhəmiyyətlidir".

Xarici təcrübə necədir?

Bənzər yanaşma inkişaf etmiş və region ölkələrində də tətbiq olunur. Məsələn, Türkiyədə dövlət qurumlarının istifadəsiz avtomobilləri Milli Əmlak Ümumi Müdirliyi (Milli Emlak Genel Müdürlüğü) və Ləğvetmə Xidmətləri Baş İdarəsi (Tasfiye Hizmetleri Genel Müdürlüğü) vasitəsilə satışa çıxarılır. Maşınlar onlayn platformalarda (“e-ihale”) və yaxud hərrac mərkəzlərində satılır. Avtomobillərin texniki vəziyyəti və satış qiymətləri əvvəlcədən elan olunur və vətəndaşlar platforma üzərindən iştirak edərək real vaxtda təklif verə bilirlər. Hərraclar e-devlet sistemi ilə inteqrasiya olunub, bu da prosesin şəffaf və nəzarətli aparılmasına şərait yaradır. ABŞ-də isə "General Services Administration" (Ümumi xidmətlər administrasiyası) adlı qurum federal hökumətə məxsus istifadəsiz avtomobilləri açıq onlayn hərrac vasitəsilə satır. Avtomobillər ilkin olaraq texniki baxışdan keçirilir, qiymətləndirilir və ictimaiyyətə təqdim olunur. Onlayn sistem vasitəsilə hər kəs açıq şəkildə bu satışlarda iştirak edə bilir. Almaniyada isə dövlət qurumlarının artıq avtomobilləri “Zoll-Auktion” adlı rəsmi platforma üzərindən satılır. Bu sistem şəffaflığı təmin edir, avtomobilin texniki göstəriciləri və şəkilləri açıq şəkildə təqdim olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 18 May 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri