Icma.az
close
up
RU
Azərbaycanda analoqu olmayan cinayətin üstü açılıb

Azərbaycanda analoqu olmayan cinayətin üstü açılıb

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda analoqu olmayan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Artıq Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət portalı vasitəsilə külli miqdarda vəsaiti leqallaşdırmaqda təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə hazırlıq prosesi keçirilib. Prosesə hakim Kamil Əliyevin sədrliyi ilə baxılır.

İbtidai istintaqı Baş Prokurorluqda aparılan cinayət işi üzrə ittiham olunanlar Çingiz Cəfərli, Azad Rəsulov, Şahin Mustafayev, Emin Hacıyev, Məhərrəm Hüseynov, Tural Qədirov, Anar Əhmədov, Vüsal Osmanov, Bəxtiyar Məmmədov, Xəyyam Hacıyev, Tərxan Şirinov yalançı sahibkarlıq subyektləri təsis etməklə 42 milyon manata yaxın vəsaiti leqallaşdırmaqda ittiham olunurlar. 

İstintaqla müəyyən edilib ki, mütəşəkkil dəstənin fəaliyyətini vahid mərkəzdən idarə edən Çingiz Cəfərli və istintaqla şəxsiyyətləri müəyyən edilməyən qeyriləri dəstə halında 2021-2024-cü illər ərzində yalançı sahibkarlıq subyektləri olan hüquqi şəxsin və müəssisə kimi fəaliyyət göstərən fiziki şəxslərin faktiki rəhbərləri olaraq vəzifəli şəxs kimi müəyyən olunmayan ünvanlarda, vaxtlarda və texniki vasitələrlə Dövlət Vergi Xidmətinin veb səhifəsinə giriş edərək saxta əməliyyatlar aparıblar.

Dəstə üzvləri dövlət platforması olan, Dövlət Vergi Xidmətinin “www.e-taxes.gov.az” rəsmi internet səhifəsində guya malların real alqı-satqısı, xidmət göstərilməsi və iş görülməsi əməliyyatlarının aparılmasına dair 1 419 sayda saxta elektron qaimə-fakturalar, bildirişlər, müqavilələr, təhvil-təslim aktları və digər sənədlər tərtib edib informasiya resurslarına və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə mütəşəkkil dəstə tərkibində vəzifə saxtakarlığı törədiblər. Bununla da dəstə üzvləri tərəfindən əmlakın həqiqi xarakterinin, yerinin, onlara sərəncam verilməsinin, onların əmlaka olan hüquqların və onların kimə məxsus olmasının ört-basdır edilməsi və gizlədilməsi məqsədilə ümumilikdə 41 818 630.21 manat məbləğində maliyyə vəsaiti müxtli əqdlər həyata keçirilməklə leqallaşdırılıb.

Təqsirləndirilən dəstə üzvlərinə qarşı Cinayət Məcəlləsinin 178.4 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə)), 193.3.1, 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı  mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən leqallaşdırma) və 313-cü (vəzifə saxtakarlığı ) maddələri ilə ittiham irəli sürülüb.

İstintaq materiallarına görə, Çingiz Cəfərlinin başçılıq etdiyi dəstə bütün prosesləri metronun “20 Yanvar” stansiyası ətrafında yerləşən və özlərinin nəzarətində olan yeməkxanadan idarə edib. İş üzrə onlarla zərərçəkmiş var. Maraqlıdır ki, onların əksəriyyəti maddi ehtiyacı olan şəxsləri, tələbələr, təqaüdçülər, hətta narkotik asılılığı olan şəxslərdir. Cinayətkar qrup işə düzəltmək adı ilə onların adına olan “Asan İmza”lardan istifadə etməklə yüzlərlə şirkətlər açaraq, milyonlarla manat vəsaiti nağdlaşdırma məqsədilə istifadə edib, əvəzində isə aztəminatlı şəxslərə qısa müddət cüzi maaş ödəyib.

Nəzərdə tutulan məqsədə çatdıqdan sonra isə həmin şəxslərin telefon zənglərinə cavab verilməyib. Əslində bu şirkətlərin sayının 5-8 min arasında olduğu ehtimal edilsə də, istintaq orqanı onların bir qismini müəyyən edə bilib. Zərərçəkənlər müxtəlif şirkətlərin sahibi və ya direktoru olduqlarını yalnız istintaqa çağırılanda biliblər.

Məhkəmə baxışına verilən iş 31 iyul saat 17:30-a təyin olunub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 İyul 2026 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri