Icma.az
close
up
RU
Azərbaycanda “Andersen lab” beynəlxalq İT şirkətinin mərkəzi açıldı Fotolar

Azərbaycanda “Andersen lab” beynəlxalq İT şirkətinin mərkəzi açıldı Fotolar

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

11 sentyabr tarixində beynəlxalq İT şirkəti olan “Andersen Lab”ın Azərbaycanda rəsmi mərkəzinin açılışı baş tutub.

“Qafqazinfo” xəbər verir ki, Mərkəz İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan İnnovasiya Mərkəzi çərçivəsində fəaliyyətə başlayıb.

Dünyanın 19-dan artıq ölkəsində fəaliyyət göstərən və 3700-dən çox mütəxəssisi olan şirkət ölkəmizdə texnopark rezidenti statusu ilə fəaliyyət göstərir.

Açılış mərasimində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mərkəzdə yaradılan şəraitlə tanış olub. Daha sonra “Andersen Lab” şirkətinin vitse-prezidenti Denis Astaçpeniya mərkəzin fəaliyyəti və proqramın istiqamətləri barədə təqdimatla çıxış edib.

Yeni açılan mərkəz gənclərə nəzəri biliklərlə yanaşı, əsasən real layihələr üzərində işləmək imkanı yaradır. Burada gənc mütəxəssislər biliklərini təcrübə ilə möhkəmləndirə, beynəlxalq səviyyədə tələb olunan bacarıqlar qazana bilirlər. Mərkəz eyni zamanda “Andersen Lab” əməkdaşlarının Azərbaycandakı rəsmi iş yeri funksiyasını da yerinə yetirir. Mərkəzin əsas hədəfləri insan kapitalının inkişafına dəstək vermək, İT sahəsində peşəkar kadr çatışmazlığını aradan qaldırmaq, xüsusilə də İKT xidməti ixracını gücləndirməkdir.

Hazırda mərkəzdə həyata keçirilən ən böyük təşəbbüslərdən biri “IT SkillsBridge” proqramıdır. Bu unikal proqram çərçivəsində iştirakçılar Java, JavaScript üzrə proqramlaşdırma, biznes analitikası, keyfiyyətə nəzarət, DevOps, mobil proqramlaşdırma və layihə idarəetməsi üzrə bilik və bacarıqlara yiyələnirlər. Layihəyə ümumilikdə 14 mindən çox müraciət qeydə alınıb, seçim prosesindən sonra 210 nəfər təlimlərə qəbul edilib. “Andersen Lab” şirkətində iş yeri ilə təmin olunan müvafiq iştirakçılarla əmək müqavilələri bağlanıb. Proqramı sona qədər tamamlayacaq 100 nəfər mütəxəssis “Andersen Lab” şirkətində fəaliyyətlərini davam etdirəcək və şirkət tərəfindən reallaşdırılan qlobal layihələrin iştirakçıları olacaqlar. Proqram iştirakçılarının 30 faizi qadın, 70 faizi isə kişilərdir. Yaş bölgüsünə görə, iştirakçıların yarısı 20–25 yaş arasında, 30 faizi 25–30 yaş arasında, 20 faizi isə 30–35 yaş arasında təmsil olunub.

Bu proqram Azərbaycanlı İT mütəxəssislərin beynəlxalq layihələrdə iştirakını genişləndirəcək, ölkənin qlobal rəqəmsal xidmət bazarına sürətli inteqrasiyasına şərait yaradacaqdır. Nəticədə, İKT xidmətlərinin ixracının genişlənməsinə və həyata keçirilən layihələr sayəsində ölkəmizə maliyyə vəsaitlərinin daxilolmalarının artmasına müsbət təsir göstərəcəkdir.

“Andersen Lab”ın təşəbbüsü dövlət və özəl sektor əməkdaşlığının uğurlu nümunəsi hesab olunur. Layihə gənclərin bilik və bacarıqlarının artırılmasına, onların əmək bazarında rəqabət qabiliyyətinin yüksəldilməsinə və Azərbaycanın regional, eləcə də qlobal rəqəmsal mərkəz kimi mövqeyinin möhkəmlənməsinə töhfə verəcəkdir.





Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 Sentyabr 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see200

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see197

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri