Icma.az
close
up
RU
Azərbaycanda “Applea ödəniş zamanı ƏDV HESABLANMAYACAQ

Azərbaycanda “Applea ödəniş zamanı ƏDV HESABLANMAYACAQ

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Apple” ekosisteminə aid xidmətlərin (App Store, iCloud, Apple Music, Apple TV+ və s.) paylanması və satışı ilə məşğul olan “Apple Distribution International Limited” şirkəti Azərbaycanda Respublikasında ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınıb. 
Bizim.Media İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, “Apple Distribution International Limited” şirkəti Azərbaycanda Respublikasında ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınıb. Şirkətin ƏDV məqsədləri üçün qeydiyyatı bu il dekabrın 1-dən qüvvəyə minir. 
Vergi Məcəlləsinin müddəalarına əsasən, bu tarixdən başlayaraq xidmətlərin alınması üçün “Apple Distribution International Limited” şirkətinə ödənişi aparan banklar tərəfindən alıcının (vətəndaşların) vəsaiti hesabına ƏDV məbləği hesablanmayacaq. 
Qeyd edək ki, “Apple Distribution International Limited” Şirkətinin ƏDV qeydiyyatına alınması Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində müvafiq proqram təminatının (//ecommerce.e-taxes.gov.az/) quraşdırılması nəticəsində mümkün olub.
Portal Vergi Məcəlləsinin müddəalarına əsasən və Nazirlər Kabinetinin 30.10.2023-cü il tarixli 387 nömrəli qərarı ilə təsdiq edilmiş “İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi Qaydası”nın icrası məqsədilə yaradılıb. 
Portal qeyri-rezidentlərin vergi uçotunu, ƏDV bəyannaməsinin təqdim edilməsini, ödənişlərin ödənilməsinin monitorinqini əhatə etməklə sadə interfeysə malikdir.
Beynəlxalq tendensiyalar nəzərə alınmaqla hazırlanmış portalın əsas məqsədi elektron ticarət xidməti göstərən transmilli şirkətlərə daha asan və məsafədən uçot imkanın yaradılması, fəaliyyət göstərdikləri və iqtisadi dəyər yaratdıqları ölkədə ƏDV üzrə yaranan vergi öhdəliklərinin bəyan edilməsi və ödənilməsindən ibarətdir. 
“Apple Distribution International Limited” portalda qeydiyyatdan keçmiş iri ticarət markalarından biri olmaqla “Apple” kompaniyasının İrlandiyada yerləşən törəmə şirkətidir. Əsas funksiyası beynəlxalq səviyyədə məhsul və xidmətlərin paylanmasıdır.
 

Bu şirkət, əsasən, “Apple” ekosisteminə aid xidmətlərin (App Store, iCloud, Apple Music, Apple TV+ və s.) Avropa, Yaxın Şərq, Afrika və digər regionlara paylanması və satışı ilə məşğuldur. 


Hazırda digər qeyri-rezidentlər tərəfindən portalda ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınmaq üçün müraciətlər də daxil olmaqdadır. 
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Noyabr 2024 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri